Putinin verdiyi mənzili nəvəsi veteranın əlindən aldı

Putinin verdiyi mənzili nəvəsi veteranın əlindən aldı

Yekaterinburqda yaşayan 2-ci Dünya Müharibəsi iştirakçısı Hənif Sitdikov Rusiya prezidenti Vladimir Putinin verdiyi mənzili saxlaya bilməyib. Nəvəsi evi onun əlindən alıb.
Bizimyol.info xəbər verir ki, mənzil Sitdikova altı il əvvəl verilmişdi. Veteranın səhvi onda olub ki, mənzili qız nəvəsinin adına özəlləşdirib. Sonradan nəvəsinin həyat yoldaşı evi satmaq istədiyinə görə münasibətlərdə problem yaranıb. Oğlan veteranı döyüb. İş polisə gedib çıxıb. Oğlana 400 saat ictimai iş cəzası verilib.

Bundan sonra müharibə iştirakçısı mənzili geri qaytarmaq üçün mübarizəyə başlayıb. Amma məhkəmə onun iddiasını təmin etməyib. Çünki veteran öz istəyi ilə mənzili nəvəsinə bağışlayıb. Sidtikovun orada yalnız yaşayış hüququ qalır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər