“Yuventus” Poqbanın müqabilində üç oyunçusunu təklif edir

“Yuventus” Poqbanın müqabilində üç oyunçusunu təklif edir

“Yuventus” hələ də “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın komandaya cəlb edilməsi imkanlarını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşrinə istinadən “El Mundo Deportivo” məlumat yayıb.

Mənbənin məlumatına görə, “qoca sinyora” Poqbanın müqabilində birdən-birə üç futbolçusunu — müdafiəçi Joau Kanselu, yarımmüdafiəçi Blez Matüidi və vinqer Duqlas Kostanı təklif etməyə hazırdır.

Fransalı futbolçu başa çatan mövsümdə İngiltərə çempionatında keçirdiyi 35 matçda 13 qol vurub (7-si penaldan) və 9 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçinin bazar qiyməti 100 milyon avrodur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər