“S-400”ləri yaradan bu azərbaycanlıdır – FOTOLAR

“S-400”ləri yaradan bu azərbaycanlıdır – FOTOLAR

Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan “S-400” raketlərini azərbaycanlı İqor Aşurbəyli yaradıb.

Rusiyanın ən gizli şirkəti olan “Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi “S-300 Favorit” və “S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısı Azərbaycan əsilli İqor Aşurbəylidir.

Məsələ ilə bağlı Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında paylaşım edib: “İqor Aşurbəyli Rusiyada Azərbaycan əsilli elm adamıdır. “S-300” və “S-400”ün yaradıcısıdır”.

“S-400”ləri yaradan bu azərbaycanlıdır – FOTOLAR


“Mənim rəhbərliyim altında “S-300″lər Azərbaycana göndərilib. Bu roket kompleksi sayəsində Azərbaycan öz hava məkanının suverenliyini qorumağa imkan verir. Hətta Azərbaycan bu sistemə sahib olmaqla qonşu ölkənin hava məkanının 150 km məsafədə nəzarətdə saxlayır” – Aşurbəyli deyib.

O, qeyd edib ki, “S-400″lərin analoqu yoxdur. Bu da ABŞ-nı qıcıqlandırır və narahat edir.

Qeyd edək ki, İqor Rauf oğlu Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Mühəndisdir və Azərbaycan tarixində xüsusi xidmətləri olan Aşurbəylilər nəslindəndir. Rusiyada qurduğu enerji şirkətinin illərlə rəhbəri olub. 2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsindəki xidmətlərinə görə medalla təltif olunub.

Xatırladaq ki, Türkiyə uzaq mənzilli raket müdafiə sistemini gücləndirmək üçün hazırda Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünü davam etdirir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər