Şəmsəddin Xanbabayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Şəmsəddin Xanbabayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Yeni Həyat qəsəbəsində sakinlərin növbəti səyyar qəbulunu keçirib


Şəmsəddin Xanbabayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayev növbəti səyyar görüşü Yeni Həyat qəsəbəsində keçirilib. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüş zamanı rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, Xaçmaz rayonunda görülən abadlıq-quruculuq işlərindən, həmçinin rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edən fikirlər söylədi.

Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Şəmsəddin Xanbabayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Şəmsəddin Xanbabayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevdir.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Şəmsəddin Xanbabayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Şəmsəddin Xanbabayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Şəmsəddin Xanbabayevdən danışdılar yaxşı ki, Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı təyin olunub… Şəmsəddin Xanbabayev öz isguzarlığı ilə tanınır və seçilir….

Şəmsəddin Xanbabayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Şəmsəddin Xanbabayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Şəmsəddin Xanbabayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Şəmsəddin Xanbabayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Şəmsəddin Xanbabayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Şəmsəddin Xanbabayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Şəmsəddin Xanbabayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şəmsəddin Xanbabayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Şəmsəddin Xanbabayev özünü doğruldub. Bizdə hörmətli Şəmsəddin Xanbabayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin miras qoydugu və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Respublikamızın hər yerində olduğu kimi, ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib. Azərbaycanın bölgələrinin, o cümlədən Xaçmaz rayonunun tərəqqiyə qovuşmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrdə həyat səviyyəsinin daha da yaxşılaşmasında mühüm rol oynayıb.

Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Şəmsəddin Xanbabayevin gərgin əməyi nəticəsində bu gün Xaçmaz rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son illər ərzində rayonda həm pambıqçılıq, həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Xaçmaz rayonu regionun mərkəzinə çevrilməkdədir.

Bizdə hörmətli Şəmsəddin Xanbabayeva dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər