ABŞ-dan Türkiyəyə ŞOK sanksiya: Rəsmi olaraq açıqladılar

ABŞ-dan Türkiyəyə ŞOK sanksiya: Rəsmi olaraq açıqladılar

ABŞ hökuməti Türkiyəyə Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya tətbiq edəcək. Artıq yeni sanksiya paketinin hazırlandığı da açıqlanıb.

Bu barədə məlumatı “Bloomberg” agentliyi özünün etibarlı mənbələrinə istinadla yayıb. Xəbərdə qeyd edilib ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.

Agentlik bundan başqa yazır ki, ümumi olaraq üç müxtəlif sanksiya paketi hazırlanıb. Bunların arasından ən məqsədəuyğunu seçilib. Tətbiqi nəzərdə tutulan sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı hələlik məlum deyil.

“Bloomberg” agentliyi sonda bildirib ki, önümüzdəki həftənin sonunda rəsmi Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək.

musavat.comБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər