Bakı-Tbilisi qatarı Azərbaycanda qəzaya uğrayıb – Video – Açıqlama

Bakı-Tbilisi qatarı Azərbaycanda qəzaya uğrayıb – Video – Açıqlama

Bakı – Tbilisi qatarı qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, hadisə Bakı – Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Sərnişinlər bir müddət elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmayıb.



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib.

Qurumdan bildirilib ki, iyunun 8-də saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub:

“Hərəkətdə olan 38 saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində iki saat ləngimə qeydə alınıb”.

QSC-dən qeyd edilib ki, hazırda qatarlar hazırda qrafik üzrə hərəkət edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər