Ərdoğandan “S-400” açıqlaması

Ərdoğandan “S-400” açıqlaması

“Hazırda “S-400” Zenit raket-müdafiə sisteminin Rusiyadan Türkiyəyə nəqli ilə bağlı hazırlıq davam edir”.


APA-nın xəbərinə görə, bunu Bosniya və Herseqovinaya səfərdən öncə Atatürk Hava limanında jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan “S-400” Zenit raket-müdafiə sisteminin Türkiyəyə nə vaxt çatacağına dair konkret tarix verməyib: “Yükləmə, daşıma sahəsində tədbirlər görülür. Rusiya ilə razılaşdığımız tarixlər var. Burada yerləşdirilək yerlə bağlı Milli Müdafiə Nazirliyi məşğuldur. Bunlar başa çatandan sonra gələn “S-400”lər Türkiyədə yerləşdiriləcək”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” Zenit raket-müdafiə sistemini almasına dair razılaşması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub. Bu razılaşmanın baş tutmayacağına dair iddialar səslənib. Lakin Türkiyə tərəfi bu razılaşmanın heç bir halda pozulmayacağını bəyan edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər