Trampdan İranla bağlı növbəti ittiham

Trampdan İranla bağlı növbəti ittiham

ABŞ Prezidenti Donald Tramp İranı nüvə sahəsində imzalanmış Ortaq Kompleks Tədbirlər Planını (IFAP) pozmaqda ittiham edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə,bu barədə o, tvitter mikrobloqunda yazıb.

“İran ABŞ-la və mən prezident olana qədər heç nə ödəməyən digər dövlətlərlə 150 milyard dollarlıq (bunun 1,8 milyard dolları nəğd ödənilib) nüvə sazişini pozub və indi onlar səhmlərin limiti barədə razılığı pozublar. Bu, yaxşı deyil!”, - deyə Amerika lideri bildirib.

Xatırladaq ki, ABŞ fevralın 2-də 1987-ci ildə Rusiya ilə imzaladığı “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən birtərəfli olaraq çıxıb. Rusiya isə buna cavab olaraq bir gün sonra sözügedən müqaviləni tərk edib.

Trampdan İranla bağlı növbəti ittiham
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər