Hüseyin, İnternetdə tanış olduğu qızın evinə getdi və baxın nələr oldu ...

Hüseyin, İnternetdə tanış olduğu qızın evinə getdi və baxın nələr oldu ...




















İstanbulda yaşayan Hüseyin E, internetdən tanış olduğu qızın dəvəti üzərinə getdiyi evdə üç adam tərəfindən qəsb edilib. Polis, Hüseyin E-yə tələ quran gənc qız ilə üç təcavüzkarın axtarışına başlayıb...


Strategiya.az xəbər verir ki, İstanbul Üsküdarda yaşayan Hüseyin E, sosial mediadan tanış olduğu bir qız tərəfindən evə dəvət edilib. Getdiyi evdə üç kişi Hüseyn E-nin başına dəsmal keçirib və silah gücü ilə 250 lirə pulunu və çantasını alıb. Bununla kifayətlənməyən təcavüzkarlar daha çox pul alması üçün Hüseyn E.-ni zorla evdə girov saxlayıb. Ölümlə təhdid edilən Hüseyin E, işlədiyi yerinin müdiri Kaan K-yə zəng edərək ondan 10 min lirə istəyib. Pul hesaba yatınca təcavüzkarlar qaçıb. Polis, Şişlidəki evin gündəlik olaraq kirayəyə verildiyini təsbit edib. İstanbul Polisi, 10 min lirənin həvalə edildiyi bank hesabını da araşdırmağa alıb. Hesabın Şevval A. adlı bir qadına aid olduğunu müəyyən edilib. Polis, Hüseyin E-yə tələ quran qadın ilə dairəni bir gündəliyinə kirayəyə götürərək silahlı qəsb və qarət günahlarını işləyən üç təcavüzkarın arxasına düşüb. İstanbulda bənzəri silahlı qəsb və qarət hadisələrinin xüsusilə son aylarda çox yaşandığı, sosial media üzərində açılan qadın profilli saxta hesablarla tələyə salınan şəxslərin dəvət edildikləri ünvanlarda qəsb edildikləri qeyd edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər