Əkrəm İmamoğlu qalib gəldi – Politoloqun şərhi

Əkrəm İmamoğlu qalib gəldi – Politoloqun şərhi


İstanbul Böyükşəhər Bələdiyyə seçkisinin 2-ci turunda qalib bəlli olub.

Rəsmi açıqlamaları gözləmədən AK Parti namizədi Binali Yıldırım Əkrəm İmamoğlunu təbrik edib. Bu da o deməkdir ki, hakim partiya məğlubiyyətlə barışıb və Əkrəm İmamoğlunun qələbəsini etiraf edib.

Azərbaycanın tanınmış siyasi eksperti Şahin Cəfərli seçkilərə dair bunları deyib:

“Binəli Yıldırım az öncə rəqibini qələbə münasibətilə təbrik etdi. Rəcəb Tayyib Ərdoğan karyerasının ən ağır məğlubiyyəti ilə üzləşdi. İstanbulda 2 dəfə arxa-arxaya uduzmaq tarixi olaydır və bunun iqtidar üçün və ölkə siyasəti üçün siyasi nəticələri qaçılmazdır;

– Ərdoğanın “Öcalan açılımı” tərs təpdi, kürdlər səsvermədə iştirak edib İmamoğlunu dəstəklədi, MHP-lilərin isə Yıldırıma dəstəyi xeyli azaldı;

– Dəmirtaşın kürdlər üzərində Öcalandan daha çox təsir gücünə malik olduğu ortaya çıxdı. Bu seçki son günlər həm də bir növ, Dəmirtaş-Öcalan referendumuna çevrilmişdi. Qalib məlumdur. Bu, HDP üçün PKK-nın təsirindən və basqısından xilas olub, ümummilli miqyaslı normal bir sol partiya kimi fəaliyyət göstərmək üçün yaxşı şansdır. İstifadə etsələr, həm özləri, həm də Türkiyə üçün yaxşı olar;

– İmamoğlu öz ittifaqının (CHP+İyi Parti) maksimum səsini toplamaqla bərabər, HDP, MHP və digər kəsimlərdən də ciddi səs alaraq ümummilli konsensusla İstanbul meri kreslosuna oturacaq. Bu, qütbləşmiş Türkiyə üçün tarixi əhəmiyyətli hadisədir;

– İstanbul seçkilərinin təsiri lokal miqyasda qalmayacaq və Türkiyədəki siyasi proseslərin gedişinə çox ciddi təsir göstərəcək. Aradakı səs fərqi siyasətdəki zəlzələnin də şiddətini müəyyən edəcək”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər