“Sonuncu sərəncamdan ümumilikdə 2 milyonadək insan faydalanacaq” — Millət vəkili

“Sonuncu sərəncamdan ümumilikdə 2 milyonadək insan faydalanacaq” — Millət vəkili














“2019-cu ili Azərbaycanda əhalinin sosial təmin ili kimi xarakterizə etmək olar. Cari il ərzində davamlı olaraq Azərbaycan Prezidenti tərəfindən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində imzaladığı sənədlər, sərəncamlar bunu deməyə əsas verir”.
Bunu açıqlamasında millət vəkili Kamran Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahə ilə bağlı son sərəncamını şərh edərkən deyib.

Onun sözlərinə görə, cari ilin əvvəlindən etibarən ölkə başçısı tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması və əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra ciddi addımlar atılıb.

“Son bir neçə ay ərzində biz ölkə başçısı tərəfindən minimum əməkhaqqı və pensiyaların ikinci dəfə artırılması ilə bağlı sərəncamların imzalanmasının şahidi olduq. Qısa zaman ərzində iki dəfə belə bir sərəncamın imzalanması doğrudan da inqilabi bir addımdır. Yəni müxtəlif kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyat keçirilən bu islahatlar Azərbaycan Prezidentinin siyasətində sosial sahənin necə əhəmiyyətli yer tutduğunu göstərir.

Burada bir məqamı da qeyd etmək yerinə düşərdi ki, sərəncamlar təkcə insanların maddi imkanlarının artırlması istiqamətində deyil, həyat keçirilən islahatlar bir-birini tamamlayan zəncirvari xarakter daşıyır. Yəni hərtərəfli xarakter daşıyır. Bir tərəfdən minimum əməkhaqqının, pensiyaların, müxtəlif növ sosial müavinətlərin artırılması ilə yanaşı, pensiya təminatının yaxşılaşdırlması, işsizlik probleminin aradan qaldırılması istiqamətində məşğulluq fəaliyyəti və sair bu kimi bir-birini tamamlayan islahatlar həyata keçirilib. Bundan əlavə olaraq əhalini narahat edən digər sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılaraq, fərmanlar və sərəncamlar imzalanıb. Bütün bu islahatlaırn bünövrəsində insan amilinin və onun daha yaxşı yaşaması, mənafeyinin qorunmasının dayandığının şahidi oluruq. Elə təkcə sonuncu sərəncamdan ümumilikdə 2 milyonadək insan faydalanacaq. Bir sözlə ölkə başçısının sosial sahədə həyata keçirdiyi islahatları inqilabi bir islahat və onun da qayəsində insan amilinin dayandığı kimi xarakterizə etmək olar”,- deputat qeyd edib.
O, əlavə edib ki, biz gələcəkdə ölkə başçısının Azərbaycan vətəndaşının sosial müdafiəsinin yaxşıladırılması istiqamətində yeni sərəncamlar qəbul edəcəyinin də şahidi olacağıq:

“Çünki Azərbaycan Prezidenti İlham Əliyevin elə bir çıxışı və ya nitqi yoxdur ki, ölkə vətəndaşının daha yaxşı yaşaması və maddi rifah halinin yaxşılaşdırılmasından danışmasın. Ölkə başçısı çıxışlarında hər zaman qeyd edib ki, ölkənin maliyyə imkanları artdıqca, əldə edilən gəlirlər ilk növbədə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılmasına yönəldiləcək. Digər sosial problemlərin həllinə nail olunacaq. Azərbaycan Prezidentinin istər bu çıxışları, istərsə də ilin əvvəlində bəyan etdiyi kimi islahatlar davamlı olacaq ifadəsi bizə demə əsas verir ki, bu islahatlar davamlı olacaq. Biz bunun gələcəkdə də şahidi olacağıq.

Bir məqamı da qeyd edim ki, ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzalanan Dövlət Proqramlarının əsas hədəfi vətəndaşın daha yaxşı yaşaması və sosial probleminin həlli dayanır. Yəni ölkə başçısı vətəndaşların yaxşı yaşamasını təmin etmək üçün kompleks tədbirlər həyata keçirir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər