Prezidentin sərəncamı ilə 300-dən çox alimin maaşı artıb

Prezidentin sərəncamı ilə 300-dən çox alimin maaşı artıb


“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərəncam AMEA-nın Rəyasət Heyətində təmsil olunan və ona bağlı idarəetmə qurumlarında çalışan 300 nəfərdən çox əməkdaşa şamil edilir”. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, sərəncam AMEA Rəyasət Heyəti Aparatının əməkdaşlarının əməkhaqqının 40 faiz həcmində qaldırılması Azərbaycanın sosial siyasətində inqilabi hadisədir:

“Bu sərəncam AMEA-nın Rəyasət Heyətində və ona bağlı idarəetmə qurumlarında təmsil olunan 300 nəfərdən artıq şəxsə aiddir. Bu, Azərbaycan Prezidentinin yerli ziyalılara, AMEA-ya göstərdiyi yüksək etimadı nümayiş etdirir. Prezident tərəfindən atılan bu böyük addım Azərbaycan elminin məsuliyyətini daha da artıracaq, onu yeni hədəflərə doğru inkişaf etdirəcək. Bu sərəncam AMEA-nın inkişafında həlledici əhəmiyyət kəsb edəcək. Akademiyanın bütün kollektivi adından Prezidentə dərin minnətdarlığımı bildirərəm. Əminəm ki, AMEA işçiləri dövlət qayğısının cavabını özlərinin əməli işlərində göstərə biləcəklər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər