Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir?

Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir?


Londonda Həbib Nurməhəmmədovun iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlər maraqlı açıqlamalara şahid olublar.

Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla nə üçün revanş istəməməsinin səbəblərindən danışıb.

“Konorla revanş mümkündürmü? Son 3 ildə onun tək bir qələbəsi olub, o da həvəskar səviyyədə boksda. O mənimlə döyüşdə əllərini yerə döyüb, aman dilədi. Öldürməməyim üçün mənə yalvarırdı, indi revanş istəyir?”.

Rusiyalı boksçu bildirib ki, onun Makqreqorsuz da işləri başından aşır:

“İndi döyüşmək üçün sırada Toni Ferqyuson var. Məni qələbələri ard-arda düzənlər maraqlandırır. 3 ildə bir hünər göstərməmisənsə, nə barədə danışmaq olar ki?!”

Nurməhəmmədov həmçinin sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə döyüşəcəyini bildirib. O qeyd edib ki, Dastin təcrübəli döyüşçü olduğu üçün təhlükəlidir:

“Dastin 31 peşəkar döyüşün 25-də qələbə çalıb. Mən döyüşçü və insan kimi ona hörmət edirəm. Lakin çempion adını almaq istəyirsə o mənə qələbə çalmalıdır”

Bundan bir qədər öncə Dastin Porye Həbiblə döyüşsə qələbə çalacağına əminliyini ifadə etmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər