Ruxsarə xanım Əliyeva: Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilir

Ruxsarə xanım Əliyeva: Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilir








Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə xanım Əliyeva - 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.


Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyevadır.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə xanım Əliyeva vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən direktordur.

Ruxsarə xanım Əliyeva: Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilir


Sorğu apardıq ağız dolusu Ruxsarə xanım Əliyevadan danışdılar yaxşı ki, Ruxsarə xanım Əliyeva Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru təyin olunub… Ruxsarə xanım Əliyeva öz isguzarlığı ilə tanınır və seçilir….

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

Ruxsarə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ruxsarə xanım Əliyevanı heç vaxt əqidəsindən döndərə bilməz.

Ruxsarə xanım Əliyeva böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ruxsarə xanım Əliyeva yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ruxsarə xanım Əliyeva ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Ruxsarə xanım Əliyeva: Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilir

Prezident İlham Əliyevdən nümunə götürən Ruxsarə xanım Əliyevanın böyüklüyü onun sadəliyində və tələbələrə insani münasibətindədi!

Ruxsarə xanım Əliyeva tələbələrə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilir. Son illər kollecin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb, tədrisdə istifadə olunan avadanlıqlar müəyyən qədər təzələnib, ixtisaslaşmış kompüter kabinələri yaradılıb, kabinet və sinif otaqlar yenilənib. Bütün ölkədə olduğu kimi, bu kollecdə də təhsilin məzmununda dəyişikliklər aparılıb. Kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə orta ixtisas təhsilinin standartları və buna müvafiq yeni tədris planları və proqramları hazırlanıb.

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

*Ailə və ev təhsili;

*Məktəbəqədər təlim və tərbiyə;

*Kitabxana-informasiya təminatı;

*Arxiv işi və kargüzarlığ;

*Mühasibat uçotu;

*Maliyyə işi;

*Bank işi;

*Ətraf mühitin qorunması və təbii ehtiyyatlardan səmərəli istifadə;

Kollec rəhbərliyi təşkilati məsələlərin həllinə müntəzəm nəzarət edir.
Ruxsarə xanım Əliyeva: Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər