Aqibət Məmmədov: ASC respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisədir - ÖZƏL

Aqibət Məmmədov: ASC respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisədir - ÖZƏL









Prezident İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə, "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədovu təltif etdi.

Aqibət Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Aqibət Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Aqibət Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov - İnfrastruktur quruculuğunun miqyası olduqca genişdir, bütün ölkəni əhatə edir. Ölkəboyu yeni yollar çəkilir və yenidənqurma işlər aparılır, körpülər və yol qovşaqları inşa olunur. Ötən müddət ərzində ölkəmizdə müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin uğurla reallaşdırılması təkcə paytaxt Bakının deyil, eyni zamanda, respublikamızın bölgələrində də inkişaf göstəricilərinin qeydə alınmasını şərtləndirib. Yol infrastrukturunun yenilənməsi yönündə davam etdirilən işlər də bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıdakı dövrdə bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə müəyyən olunub. Eyni zamanda, respublika rayonlarını əhatə edən avtomobil yollarının tikintisi, yenidən qurulması ilə bağlı işlər davamlı xarakterə malikdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu məsələyə toxunaraq deyib ki, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Dövlətimizi başçısı infrastruktur layihələrini həm iqtisadi, həm sosial sahə kimi xarakterizə edib. Həqiqətən də elədir, çünki bu, insanların rahatlığına xidmət edir. Bu, həmçinin turizm imkanlarının artırılmasına və sənaye istehsalının genişləndirilməsinə töhfə verir. Son 14 il ərzində on min kilometrdən artıq avtomobil yollarının çəkilməsi, yüzlərlə körpü keçidlərinin, yol qovşaqlarının tikilməsi bu sahədə görülən işlərin miqyası və əhəmiyyətini göstərir. Ən əsası, bu proses davamlı xarakter daşıyır. Dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq bölgələrdə respublika əhəmiyyətli, kəndlərarası, qəsəbələrarası avtomobil yolu, eləcə də körpü və yeraltı piyada keçidlərinin layihələri üzrə tikinti və yenidənqurma işləri uğurla davam etdirilir.

"Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılmışdır. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Müəssisənin 43 illik istehsalat təcrübəsi vardır. ASC respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisələrdən biridir. Bundan başqa, şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir. Müəssisə rəhbərliyinin başlıca məqsədi elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə edərək infrastruktur quruculuğuna töhfə verməkdir. Bu zamana qədər “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən xeyli sayda mühüm əhəmiyyətə malik körpü və yol keçidləri inşa olunub, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yolları çəkilib. Böyük “İpək Yolu” layihəsinin tikintisində, ölkənin ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ- Bakı su xəttinin çəkilişində “Gəncə Körpü Tikinti-2” АSC yaxından iştirak edib. Bundan başqa, Bakı şəhərində Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişməsində uzunluğu 2 km-dən artıq olan yolqovşağı kompleksi, Bakı şəhərində Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Koroğlu dairəsi H.Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun yenidənqurulması işləri üzrə Suraxanı və Sabunçu rayonu ərazilərində körpü keçidləri son illər ASC-nin inşa etdiyi obyektlərin bir qismidir. Bu işlər Azərbaycanın müxtəlif bölgələrində də müvəffəqiyyətlə davam etdirilib. Gədəbəy rayonu İsalı kəndində 180 şagird yerlik tam orta məktəb binası, Gəncə şəhərində “İmamzadə” Dini Коmpleksinin yenidənqurulması və ətrafında abadlıq işləri, Gəncə şəhər Təhsil İdarəsinin yeni inzibati binasının və Gəncə şəhər 2 saylı, 240 yerlik uşaq bağçasının tikintisi son illər kollektivimizin inşa etdiyi obyektlərin bir qismidir.

Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq iqtisadiyyatın liberallığının, əlverişli biznes mühitinin və rəqabət qabiliyyətliliyin təmin olunması hər bir qurumun ölkənin inkişafına xidmət edən layihələrini uğurla yerinə yetirməsinə imkan yaradır. Bu isə həm sahibkarlığın inkişafını təmin edir, həm də iqtisadi inkişaf göstəricilərinin artmasını şərtləndirir.


***********

Aqibət Məmmədov: Milli Qurtuluş günü - Tarixin Şanlı Səhifələri




"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov - 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.


Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər