Azərbaycana oynamaq imkanı vermədik – Pavel Hapal

Azərbaycana oynamaq imkanı vermədik – Pavel Hapal


“Biz əla oynadıq. İlk dəqiqədən sona qədər üstün olduq. Qol buraxmağımıza baxmayaraq, çoxlu şans qazandıq. Hər şeydən razıyam”.

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Bakıda yığmamıza qalib gəldikləri oyundan (5:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, “Bu qədər zəif Azərbaycan yığması gözləyirdiz” sualını belə cavablandırıb: “Deməzdim ki, Azərbaycan millisi çox zəif idi. Sadəcə, biz çox yaxşı oynadıq, performansımız yüksək oldu və rəqibə oynamağa imkan vermədik”.

Hapal Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunlarında yenidən paytaxtımıza gəlmək istədiyini bildirib: “Əlbəttə, bura qayıtmaq istərdim. Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da sonda rol oynaya bilər. Bakı gözəl şəhərdi və böyük stadionu var. Bakı Olimpiya Stadionu kimi gözəl stadionda yenidən oynamaq istərdik”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər