“Heydər Əliyevin Gəncəyə getməsi fədakarlıq idi”

“Heydər Əliyevin Gəncəyə getməsi fədakarlıq idi”













“15 İyun Qurtuluş Günü millətin, dövlətin tarixində ən əhəmiyyətli günlərindən biridir. Məhz bu gün ümumilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıtdı və o vaxtkı məclisin sədri seçildi. Bundan sonra isə Azərbaycanda həmin dövrdə başlamış vətəndaş müharibəsinin qarşısı alındı və dövlətçiliyin itirilməsi təhlükəsindən Azərbaycan xalqı xilas oldu”.

Bu fikirləri açıqlamasında bildirib ki, Milli Məclisin deputatı Musa Quliyev 15 İyunla bağlı danışarkən deyib.

M. Quliyev qeyd edib ki, Azərbaycan öz müstəqilliyini 1991- ci ilin oktyabr ayında əldə etsə də, təəssüf ki müstəqilliyin ilk illəri xalqımız üçün çox ağır keçdi:

“O zaman dövlət rəhbərliyində olan Ayaz Mütəllibov, Əbülfəz Elçibəy hakimiyyəti dövründə xalqın arzuladığı dövləti biz qura bilmədik. Burada xarici təsirlərin də, Qarabağ müharibəsinin də rolu var idi. Ən əsası isə hakimiyyətdə olan şəxslərin xalqın etimadını tam qazana bilmədi, vahid komanda olmadı. Məhz vahid komandanın olmaması səbəbindən də 1993- cü ilin əvvəllərindən başlayaraq Azərbaycanda çox ciddi şəkildə dövlətçiliyin dağılması prosesi başlandı. Xüsusilə Kəlbəcər işğal olunduqdan sonra Azərbaycanda demək olar ki, hərbi özbaşınalıq, siyasi böhran başladı. Bu hərbi siyasi böhranın da zirvəsində Sürət Hüseynov və onun rəhbərlik etdiyi post dayandı. Sürət Hüseynov Xalq Cəbhəsi hakimiyyətinin yaratdığı və qəhrəman titulu verdiyi, Nazirlər Sovetinin müavini, deputat və Azərbaycan prezidentinin Qarabağ üzrə şəxsi nümayəndəsi idi. Amma təəssüf olsun ki vahid komandanın olmaması, prezident Əbülfəz Elçibəyin idarəçilik üsulunun sisteminin həmin dövrə uyğun olmaması hər vəzifəli şəxsin özünün komandasının formalaşmasına gətirib çıxardı. Rəhim Qazıyevə, Sürət Hüseynova tabe olan olan ayrı-ayrı qüvvələr var idi. Əlikram Hümbətovun, İsgəndər Həmidovun, İsa Qəmbərin öz qüvvələri var idi. Bütün bunlar hamısı ölkədə qarşıdurmaya, vətəndaş müharibəsi həddinə gətirdi. Buna görə də Gəncədə qan töküldü. Xalqın təkidi və tələbi ilə, prezident Əbülfəz Elçibəyin də xahişi ilə də Heydər Əliyev Bakıya gəldi. Milli Məclisdə çıxış etdi, sonra Gəncəyə getdi. Əslində Heydər Əliyevin Gəncəyə getməsi özü bir şəxsi fədakarlıq idi. Həmin dövrdə Sürət Hüseynovun ətrafında olduqca başıpozuq bir dəstə var idi. Xüsusən də dəstədə cinayətkar ünsürlər var idi. Heydər Əliyev Gəncədəki vəziyyəti öyrəndikdən sonra gəlib Milli Məclisdə çıxış etdi və nəhayət bu ağır missiyanı öz üzərinə götürdü.

Təəssüf ki həmin dövrdə Heydər Əliyevin özünün vahid komandası yox idi. Çünki seçki ilə Yeni Azərbaycan Partiyası hakimiyyətə gəlməmişdi. Elçibəy də Kələkiyə çıxıb getdi. İdarəetmənin bütün ağırlığı Heydər Əliyevin çiyinlərinə düşdü. Heydər Əliyev böyük bir xalq qarşısında misilsiz bir xidmət göstərdi və birinci vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycanı parçalanmaqdan qorudu.

Çünki o dövrdə təkcə Gəncə hadisələri bir problem deyildi. Eyni zamanda, şimalda emissarların gəlib getməsi ölkəmizdə ciddi narahatçılıq törətmişdi. Bundan əlavə, Əlikram Hümbətov özünün hərbi dəstələriylə cənubda qondarma Talış Muğan Respublikası elan etmişdi. Heydər Əliyev bütün bunların öhdəsindən təkbaşına müdrik siaysəti ilə gəldi. Azərbaycanı parçalanmaqdan xilas etdi”.

Onun sözlərinə görə, müasir Azərbaycanın bünövrəsi məhz 15 İyundan sonra qoyulmağa başlanıldı: “ Sonrakı dövrlərdə isə Heydər Əliyev ölkədə tam siyasi ictimai sabitlik yaratdı. Dövlət quruldu, Konstitusiyamız qəbul olundu. Azərbaycanın bugünkü inkişafının bünövrəsi məhz bu tarixdən qoyulub. Həmçinin qeyd edim ki, 1993- cü ildən götürüləsi ibrət dərsləri də var. İlk növbədə dövlət başçısı öz xalqına arxalanmalıdır. Xalqın dəstəyi olmadan heç bir şəxs hakimiyyətə gələ bilmir. İkincisi, əgər hər hansı bir hərbi dəstə qiyam qaldırmışdısa, onu yatırmaq adı ilə qeyri-qanuni şəkildə hərbi hissəni ora göndərmək bir cinayət idi. Bu cinayəti də sonra o dövrün baş naziri Pənah Hüseynov də öz məqaləsində etiraf etdi. Heydər Əliyev dəfələrlə söyləyib ki, müstəqilliyi əldə etmək çətindir, ancaq qorumaq ondan qat-qat çətindir. Dövlətçiliyi, vətən, milli birliyi qorumaq hər birimizin müqəddəs borcudur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər