“Sakinlər özləri istəyib” – Ağaclarla bağlı rəsmi açıqlama

“Sakinlər özləri istəyib” – Ağaclarla bağlı rəsmi açıqlama


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov qafqazinfo-ya açıqlamasında bildirib ki, mayın 10-da idarəyə sözügedən ünvanda yaşayan çoxsaylı sakinlər və ərazi bələdiyyəsi tərəfindən qurumuş və təhlükə yaradan ağaclarla bağlı müraciət daxil olub: “Vətəndaşların və bələdiyyə nümayəndələrinin iştirakı ilə mütəxəssislərimiz əraziyə baxış keçirib. Yaşıllıq sahəsində 6 ağacın quruduğu, digər ağacların təhlükəli vəziyyətdə olduğu müəyyənləşdirilib, ağaclara uzun müddət budama xidməti göstərilmədiyi qeydə alınıb. Yaranmış vəziyyət nəzərə alınaraq qurumuş ağacların əvəzinə yeni ağacların əkilməsi şərtilə götürülməsinə, təhlükə yaradan ağacların isə budanmasına rəy verilib.

Hazırda Nazirliyin regional ekologiya idarəsinin mütəxəssislərinin iştirakı ilə ərazidə işlərin qanunamüvafiq aparılmasına nəzarət edilir.

Əgər sakinlər təhlükə yaradan ağaclarla bağlı bizə müraciət edirlərsə, insanlar üçün təhlükə varsa və ağaclar qurudursa, o zaman ağaclar götürülməlidir, bu normal bir haldır. Çox sağ olun ki, belə hallarla rastlaşdıqda bizə məlumat verirsiniz”.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov da məsələyə münasibət bildirib:

“Ağa Nemətulla küçəsində 6-7 binanın həyətində yaşıllıq ərazisi var. Orada 20-30 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Onlar ağacların budanmasına və quru ağacların kəsilməsinə rəy alıblar, yaş ağaclar isə olduğu kimi qalır. Nəticədə aqrotexniki qaydada budama işləri gedir. Sadəcə qurumuş ağaclar kəsilir. Yaş ağacın kəsiməsi qanun pozuntusudur və onların kəsilməsindən söhbət gedə bilməz. Yaş ağac niyə kəsilsin axı?”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər