Azərbaycanda bağça müəlliməsi uşaqları belə təhqir etdi – Video

Azərbaycanda bağça müəlliməsi uşaqları belə təhqir etdi – Video


Azərbaycanda uşaq bağçasında müəllimin uşaqları təhqir etməsini əks etdirən video yayılıb.

Videonu Aynur Şahkərimova adlı xanım sosial şəbəkədə paylaşıb.

O video haqda yazıb: “Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Bir cəza verilibmi?? Bəs necə, cəzasız olarmı??? Xanıma sadəcə töhmət elan edilib.

Biri bu gün “uşaqların hüquqlarının müdafiəsi günü”mü dedi?? Elədirsə, bu videoyla təbrik edirəm, mübarək olsun!”

Məsələylə bağlı azxeber.com-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hazırda bağçanın ünvanı ilə bağlı dəqiqləşdirmə aparılır: Bizdə bağçanın nömrəsi də var. Birinci gün bu işlə məşğul olacağıq və aidiyatı orqanlara məlumat verəcəyik”.

Həmin videonu təqdim edirik:

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər