119 türk hərbçisi ömürlük həbs cəzasına məhkum edildi

119 türk hərbçisi ömürlük həbs cəzasına məhkum edildi


Ankara məhkəməsi bu gün 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd edən 119 türk hərbçisinə ömürlük həbs cəzası verdi.

Bu barədə NTV telekanalı məlumat verir.

Saxlanılanlar arasında paytaxtın təhlükəsizlik idarəsi, parlament binası və kəşfiyyat xidməti binasına bomba atan hərbi pilotlar da var. O vaxtkı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akara ilə əlbir olan eks-polkovnik Uğur Kaptana da ümumi cinayətə görə 29 dəfə ömürlük həbs cəzası veriblər, bu da 3,9 min illik həbs cəzası edir.

15 iyul 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitləri dövlət çevrilişinə və R.T.Ərdoğanın tutulmasına cəhd ediblər. Əsas qarşıdurma İstanbulda və Ankarada baş tutub, 250 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.(oxu.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər