Rəsmi Vaşinqton Ankaranı sanksiyalarla hədələdi

Rəsmi Vaşinqton Ankaranı sanksiyalarla hədələdi


ABŞ Türkiyənin “F-35” döyüş təyyarələrini satın alma proqramında iştirakını ləğv edə və Rusiyadan “S-400” raket sistemlərini aldığına görə CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sərt sanksiyalar tətbiq edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus bildirib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Türkiyə “S-400”ün alışını tamamladığı halda çox ciddi tədbirlərlə qarşılacaq”, - deyə o, birifinqdə bəyan edib.

Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Rusiya, İran, Şimali Koreya və bu ölkələrlə hərbi-texniki əməkdaşlıq edən IV tərəfə qarşı sanksiya tətbiqini nəzərdə tutur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər