“Ərim qoymur” demişdi - Dünən əməliyyatdan video paylaşdı

“Ərim qoymur” demişdi - Dünən əməliyyatdan video paylaşdı


Müğənni Zenfira İbrahimovanın son günlər adı ölüm faktlarında hallanan plastik cərrah Sirus Qoçqaniyə müraciət etməsi müzakirə mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, sənətçinin əməliyyatdan imtina etməsi barədə xəbərlər yayılsa da, o, ötən gün abdominoplastika (qarın gərmə əməliyyatı) etdirib.

Hətta ifaçı instaqramda xəstəxanadan video paylaşaraq S. Qoçqaniyə təşəkkürünü bildirib: “Bir neçə gündür əməliyyatan qaçmağım barədə müzakirələr gedirdi. Görəsən, necə qaçmışam? Mən həkimimə inanıram, hər kəsin də bir alın yazısı var. Burda kimisə günahkar bilmək lazım deyil. Bu, mənim subyektiv fikrimdir”.

Baxmayaraq ki, Zenfira ötən gün “Qafqazinfo”ya açıqlamasında həyat yoldaşı Anar Heydərovun ona liposaksiya üsulu ilə əməliyyat etdirməsinə icazə vermədiyini bildirmişdi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər