Mikayıl İsmayılov professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur

Mikayıl İsmayılov professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur













Minlərlə vətəndaşımızı işlə təmin edən SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılova qarşı “qara piar” aparmaq hansı vicdana sığır?

Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.


SOCAR-ın vitse-prezident gəldiyi gündən Mikayıl İsmayılov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “SOCAR-ın "QARA KRALI" - Mikayıl İsmayılov” başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavab verim.

Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” , “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”

İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür, əhalinin pul gəlirləri artmaqdadır. Ümummilli liderimizin neft strategiyasından, bu strategiyanın Azərbaycan və onun xalqına verdiyi və verəcəyi töhfələrdən çox danışmaq, yazmaq olar. H.Əliyevin uğaqgörən və müdrik siyasətini geniş analiz etmək üçün böyük zaman lazımdır., Yazını ümummilli liderimizin fikri ilə necə başlamışdıqsa, onun fikri ilə də yekunlaşdırırıq: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”.


Deyəsən, bəzi media orqanları SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə, son illərdə istər ölkə daxilində, istərsə də onun hüdudlarından yaxın-uzaq xaricdə bir sıra uğurlu layihələrə imza atan SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovla bağlı yazılanlar şantaj imiş.


Əgər jurnalsitikanın prinsiplərini və qanuna uyğunluqlarını nəzərə alsaq, jurnalist dəlil, sübut olmadan heç bir xəbəri fakt kimi yaza bilməz. Bundan başqa fakta söykənməyən hər hansı xəbəri yazmaqla şəxsiyyətə toxunma birbaşa cinayət məsuliyyətidir. Bəs görəsən belə xəbərləri yazıb sayta yerləşdirəndə o sayt rəhbəri hara baxır? Bəs görəsən şəxsiyyət və onun ailəsi haqqında sübutsuz gedən yazılardan sayt rəhbərləri nə mənafe güdür? Pul, yoxsa şan-şöhrət? Araşdırmalarla məşğul olan bir jurnalist kimi mən də bu menafeləri təhlil etməyə çalışdım. Mənim bu dəfəki təhlilim isə SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov haqqındadır. Real desək, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar. Mikayıl İsmayılovun özü haqqında son günlər yalan və sübut edilməyən, mənbəyi olmayan bir çox yazılar mediada öz əksini tapdı. Halbuki Mikayıl İsmayılovun SOCAR-da apardığı islahatlar və onun çalışdığı müddət ərzində Ağsu rayonunda etdiyi dəyişikliklər, inkişaf istiqamətində gördüyü işlərdən heç kim yazmır. Ağsuda son günlərdə məktəblərin təmiri, əhalinin bir sıra şikayətlərinə baxılaraq onların problemlərinin həll edilməsi – su kanalizasiya sisteminin çəkilməsi, küçələrin asfaltlanması və digər görülən abadlıq işlərindən çox misal gətirmək olar və qələmə almaq olar. Çox maraqlıdır ki, göz qabağında olan islahat, inkişaf qalıb bir tərəfdə, amma ki faktı olmayan, baş verməyən hadisələr qələmə alınıb. Mən belə düşünürəm ki, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun da belə jurnalistlərə bir cavabı ola bilər ki, ” sizə gülməyim gəlir”. Bəlkə də SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov daha tənqidi yanaşardı belə jurnalistlərə və bu tip yazılara. Amma ki, mənim zənnimcə faktsız- sübutsuz olan yazılar, xəbərlər sadəcə məqsəd yönümlü olaraq nəzərdə tutulub və bisavadlıqdan xəbər verir. Bütün bunların şahidi olduqda isə belə məqamlar gülüş doğurur. Əziz həmkarlar hər hansı bir fərd haqqında xəbər yazanda mütləq fakt göstərin ki,” bisavad “görünməyəsiniz.

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Mikayıl İsmayılovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Mikayıl İsmayılov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Jurnalistlərə tövsiyyəm odur ki, kiminsə haqqında əsası olmayan nəyisə yazanda, ilk növbədə özünü barəsində o cürə yazı yazılan şəxsin yerində görsünlər…Yazılanlar şər və böhtandır və jurnalistə layiq olmayan hərəkətlərdir.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovdur.

Mikayıl İsmayılov yüksək insanlığı ilə seçilən bir insan və SOCAR-ın vitse-prezidentidir!

Mikayıl İsmayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mikayıl İsmayılov uğurlu seçimidir!

“Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün”- deyən İlham Əliyevdən nümunə götürən Mikayıl İsmayılov da xalqın xidmətçisidir.

Mikayıl İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun SOCAR-ın vitse-prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Mikayıl İsmayılov kağız üzərində olan SOCAR-ı dünya standartları səviyyəsində dövlət qurumlarına çevirdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər