Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar

Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar






Qobustan rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi

Qobustan rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi.Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov tədbirdə iştirak edən bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi.
Bildirdi ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətləri olmuşdur. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır.
Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Sonra Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva çıxış edərək bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik etdi. Bildirdi ki, Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qadın adına hədsiz məhəbbət və ehtiram söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Görkəmli sənətkarlarımız Azərbaycan qadınının gözəlliyini, mənəvi saflığını, mərdliyini və sədaqətini öz əsərlərində dönə-dönə tərənnüm etmişlər. Xalqımızın təfəkküründə ən əziz, ən qiymətli bilinən Vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək qiymətin əyani təzühürüdür.
Daha sonra Qobustan Rayon İcra Hakimiyyəti başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandılar.

Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar
Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar
Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar
Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar


Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən əsas cəhət ölkənin sosial-iqtisadi inkişaf tempinə görə dünyada liderlər cərgəsində yer almasıdır. Azərbaycan həyata keçirdiyi islahatlarla, qeyd olunan istiqamətdə qazandığı uğurlarla beynəlxalq miqyasda ön sıralarada yer alan dövlətlərdən biri kimi xarakterizə olunur. Ölkənin sürətli inkişafı hər bir vətəndaşın həyatında da öz əksini tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz günü-gündən çiçəklənir, qüdrətlənir.

Qobustan rayonunun inzibati mərkəzi sayılan Qobustan şəhərini paytaxt Bakıdan cəmi 1 saatlıq məsafə ayırır. Şamaxı və digər rayonlar istiqamətində hərəkət edən Azərbaycan vətəndaşları, eləcə də qonaqlar tariximizin ilk daş səhifələrini min illərlə özündə yaşadan Qobustanın mərkəzində - Qobustan şəhərində mütləq ayaq saxlayar, buradakı quruculuq nişanələri, yaşayış məntəqəsinin tarixi, zəhmətsevər insanların güzəranı, həyat tərzi ilə maraqlanarlar. Biz də elə etdik. Son illər daha da abadlaşan, inkişaf edən, geniş tikinti-quruculuq meydançasını xatırladan Qobustan şəhərini bir neçə saatlıq gəzib dolaşdıq, müşahidələrimizi, qeydlərimizi apardıq.




İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Qobustan rayonu İcra hakimiyyətinin başçısı Adil Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qobustan rayonu İcra hakimiyyətinin başçısı Adil Məmmədovdur.

Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar

Qobustan rayonu İcra hakimiyyətinin başçısı Adil Məmmədov və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Adil Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Adil Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Adil Məmmədovdan danışdılar yaxşı ki, Adil Məmmədov Qobustan rayonu İcra hakimiyyətinin başçısı təyin olunub… Adil Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar

Adil Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Adil Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.

Adil Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Adil Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Adil Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar

Prezident İlham Əliyevdən nümunə götürən Adil Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Adil Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Adil Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qobustan rayonu İcra hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Adil Məmmədov özünü doğruldub. Bizdə hörmətli Adil Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - FotolarAbadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar
Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - FotolarAbadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - FotolarAbadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər