Eden Azar Bakıdakı finaldan sonra “Real”a keçəcək

Eden Azar Bakıdakı finaldan sonra “Real”a keçəcək


Belçika millisinin və İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar karyerasını İspaniyada davam etdirəcək.
Bombardir.az xəbər verir ki, futbolçu Madridin “Real” klubuna keçəcək. İspan mediasının iddiasına görə bu transfer üçün “Real” 100 milyon avro pul xərcləməli olacaq.

E.Azarın keçidi Avropa Liqasının Bakıdakı finalından sonra açıqlanacaq. “Çelsi”nin digər İngiltərə klubu “Arsenal”la görüşü belçikalının “zadıganlar”ın heyətində son matçı olacaq.

“Real” rəhbərliyi həm futbolçunun özü, həm də “Çelsi” ilə razılıq əldə edib. İspaniya təmsilçisi futbolçu ilə 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi 2012-ci ildən “Çelsi”də çıxış edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər