ABŞ Şimali Koreyanın yük gəmisini ələ keçirib

ABŞ Şimali Koreyanın yük gəmisini ələ keçirib


Vaşinqtonla Pxenyan arasında yenidən soyuq yellərin əsməsi fonunda, ABŞ KXDR-ə aid yük gəmisini müsadirə edib. İddiaya görə, daş kömürün daşınması məqsədilə istifadə olunan gəmi beynəlxalq sanksiyaların şərtlərini pozub.

BBC bu barədə ABŞ-ın ədliyyə nazirliyinə istinadən məlumat yayıb.

Bu ABŞ-ın beynəlxalq sanksiyaları pozduğuna görə Şimali Koreyaya aid gəmini müsadirə etməsi ilə bağlı ilk belə haldır.

“Wise Honest” adlı gəmiyə ötən il İndoneziyada həbs qoyulub, ancaq ABŞ-ın müsadirə orderi əsasında hazırda gəmi Birləşmiş Ştatlara göndərilib.

“Bizim idarə, Şimali Koreyanın gəminin mənşəyini gizlətməklə xarici alıcılara tonlarla daş kömür satmaq məqsədilə hazırladığı sxemin üstünü açıb”, – deyə amerikalı prokuror Cefri S.Berma bildirib.

Onun sözlərinə görə, bu sxem təkcə Şimali Koreyanın sanskiyalardan yayınmasına imkan verməyib, eyni zamanda gəminin göyərtəsində KXDR-ə ağır maşınqayırma vasitələri gətirilib. Prokuror iddia edir ki, bu Pxenyanın sanksiyalardan yayınmasını davam etdirməsinə və öz imkanlarını genişləndirməsinə şərait yaradıb.

oxu.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər