Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı (FOTO)

Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı (FOTO)













İki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları nəticə verib. Belə ki, həmin “popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.

Bununla bağlı Rasim Musabəyov sosial şəbəkədə məlumat verib: “Dünən axşam “Azneft” meydanı yaxınlığında yeraltı keçid “popkorn” qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq, nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı (FOTO)





Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə “Facebook” statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm”.

Xatırladaq ki, R.Musabəyovun sosial şəbəkədə yazdığı status və paylaşdığı foto tənqidlərə səbəb olub.

Həmin statusu və fotonu təqdim edirik: “Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaiti xərclənən bu yeraltı keçidə həyasızcasına “popkorn” satıcısı qoyulub və bütün ətrafı iyləndirib.

İcazəsiz işləyirlər, dövlətin elektrik enerjisindən pulsuz istifadə edirlər, vergi vermirlər. Bütün bunlar onlarla məmurun gözü qarşısında baş verir”, – deputat Rasim Musabəyov yazıb.

Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı (FOTO)









Sosial şəbəkə istifadəçiləri isə deputatın böyük problemlər olduğu halda, kiminsə evinə “çörək pulu” aparmasına mane olduğunu bildiriblər. Azərbaycanlı deputat isə tənqidlərə rus dilində cavab verib: “Müzakirənin bəzi iştirakçıları belə kiçik məsələlərə vaxt sərf etməməyi məsləhət gördülər, ölkənin qlobal problemlərini həll etməyi məsləhət görürlər. Lakin müzakirələr bir daha göstərdi ki, kiçik məsələlərə diqqət etmək lazımdır”.Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı (FOTO)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər