İstanbulda etiraz: İmamoğlu ilk açıqlamasını verib

İstanbulda etiraz: İmamoğlu ilk açıqlamasını verib















Türkiyə Ali Seçki Qurumu (YSK) qərarı İstanbulda etirazla qarşılanıb. YSK-nın 11 üzvündən yeddisinin dəstəyi ilə verilmiş qərara əsasən, İstanbul bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv olunub.

ONA Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərara etiraz olaraq yüzlərlə şəhər sakini gecə yarısı küçələrə çıxıb.

Qərarla bağlı münasibət bildirən CHP-nin İstanbul bələdiyyəsi üzrə seçkilərdə qalib gəlmiş namizədi Əkrəm İmamoğlu iftar süfrəsi üçün qonaq olduğu bir məclisdə “YSK-nın qərarını, rəsmi açıqlamanı gözləyəcəm, ondan sonra məni gözləyin” – deyə açıqlamasını verib.

Onun sözlərinə görə, yalnız bundan sonra məsələ ilə bağlı ətraflı danışacaq.

“Mən lap əvvəldən ən gözəl anlarımı şəhərin gözəl insanları ilə paylaşacağıma söz vermişəm. İstanbulun ən gözəl nöqtəsində sizlərə fikirlərimi anladacam, hər şey çox gözəl olacaq”, – Ə.İmamoğlu belə deyib.

O, həmçinin tərəfdarlarına ümidlərini itirməməyi də tövsiyə edib:

“Biriləri səhv edəcək, əskik edəcək, çox pis işlər görəcək, amma biz həmişə bərabər ümid bəsləyəcəyik. Hər şey çox gözəl olacaq”.

Ə.İmamoğlu seçki nəticələrinin ləğvinə görə YSK-nı da qınayıb:

“YSK-nı hər gün fərqli-fərqli etirazlarla, iddialarla təsir altına salmağa, təhdid etməyə çalışdılar. Mən Ali Seçki Qurumunu qınayıram. İndi YSK qərar çıxarır ki, nəticələrə edilmiş etiraza görə seçkilər yenidən keçirilsin. Eyni nəticələrlə keçən il prezident seçkiləri oldu, referendum keçirildi, konstitusiya dəyişdi. O zaman konstitusiya da şübhəlidir, digər seçkilər də? Bu millət bizi seçib”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər