Məşhur professordan oruc tutanlara — QIZIL TÖVSİYƏLƏR

Məşhur professordan oruc tutanlara — QIZIL TÖVSİYƏLƏR















Ramazan ayını sağlam şəkildə başa vurmaq üçün nələrə əməl etmək lazımdır? İmsak və iftarda hansı qidalar yeyilməlidir? Orqanizmi oruc tutmağa necə öyrəşdirmək olar?
Publika.az xəbər verir ki, bu sualları Türkiyənin məşhur daxili xəstəliklər üzrə mütəxəssisi və kardioloq Canan Karatay cavablandırıb.

Professor bildirib ki, aclıq və susuzluğun öhdəsindən gəlmək üçün maye qidalar və tərkibində yüksək səviyyədə su olan bitkilərdən istifadənin miqdarı artırılmalıdır. Əlavə olaraq halsızlıq və baş ağrısına səbəb ola biləcək karbohidratlı qidalardan uzaq olmaqda fayda var. Karatay qeyd edib ki, insan orqanizminin gündəlik ehtiyacı olan 2,5 litr su iftardan imsaka qədər qəbul etmək sağlamlıq baxımından vacibdir.
Orqanizmi oruca hazırlamaq üçün Ramazan ayı başlamamışdan əvvəl gündəlik qida qəbulunu azaltmaq, gündə 2 dəfə yemək yeməkdə fayda var. Lakin bu zaman ara öyünlərdə meyvə yeməklə bədənin ehtiyacı olan vitamin və mineralları təmin etmək lazımdır.

Canan Karatay İbn-Sinanın "iki öyün sağlamlıqdır, üçüncü öyün xəstəlikdir" sözlərini xatırladaq bildirib ki, mədədə problemlərin yaşanmaması və bağırsaqların rahatladılması üşün iftarda qəhvə və zeytun yağı içilməlidir. Bununla yanaşı, oruc açarkən qazlı içkilərdən imtina edilməlidir. İmsakda isə duzlu qidalardan uzaq durmaq lazımdır. İmsak üçün ən ideal yemək omletdir. Lakin bu zaman kənd yumurtasından istifadə etmək vacibdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər