Həbibin növbəti rəqibi

Həbibin növbəti rəqibi















UFC döyüşçüsü Həbib Nurməhəmmədovun növbəti rəqibi məlum olub.
" Oxu.Az-a istinadən xəbər verir ki, onun rəqibi müvəqqəti çempion, amerikalı Dastin Porye olacaq.

Bu görüş sentyabrın 7-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək UFC 242 turniri çərçivəsində baş tutacaq.

Xəbəri Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov da təsdiqləyib.
Qeyd edək ki, 25 qələbə, 5 məğlubiyyəti olan Dastin Puarye aprelin 13-də Maks Holoveyi məğlub edərək müvəqqəti çempionluq qazanıb. Onun daimi çempion olması üçün UFC-nin məğlubedilməz çempionu Nurməhəmmədovu da məğlub etməsi lazımdır.

Onu da bildirək ki, Konor Makqreqorla döyüşdən sonra Nevada ştatının Atletik Komissiyasının qərarı ilə yarışlardan doqquz aylıq kənarlaşdırılan Həbib Nurməhəmmədovun cəzası iyulun 6-da başa çatacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər