ABŞ Azərbaycana müstəqillik illərində 1,3 milyard dollar yardım göstərib

ABŞ Azərbaycana müstəqillik illərində 1,3 milyard dollar yardım göstərib














"Bir sıra miqantlar daha yaxşı iş tapmaq üçün yaşayış yerlərini tərk edirlər, belə insanların insan alveri qurbanına çevrilmək ehtimalı var".
ONA-nın məlumatına görə, bunu bu gün ABŞ Dövlət Departamenti, Azərbaycan Hökuməti və BMT-nin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi- IV faza" layihəsi çəriçvəsində beynəlxalq miqrasiya hüququna dair seminarda ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Kristin Sinqh bildirib.

Kristin Sinqh deyib ki, ABŞ 25 il ərzində Azərbaycana müxtəlif sahələrdə dəstək verib: "1992-ci ildən indiyə qədər ABŞ tərəfindən Azərbaycana 1,3 milyard dollar yardım göstərilib. Azərbaycan Şərqlə Qərb arasında yerləşir. Azərbaycan transmilli cinayətkarlığın qarşısının alınması baxımından mühüm ölkədir. ABŞ Azərbaycanla uzun müddətli tərəfdaşlığa, xüsusən ədliyyə sahəsində tərəfdaşlığa sadiqdir. Bu tərəfdaşlıq nəticəsində Azərbaycanda biznes mühiti də faydalanacaq. O cümlədən insanların hüquqları daha yaxşı qorunacaq "Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər