Çavuşoğlu: Türkiyə S-400 zenit raket komplekslərini Azərbaycana vermək niyyətində deyil

Çavuşoğlu: Türkiyə S-400 zenit raket komplekslərini Azərbaycana vermək niyyətində deyil















Ankara Rusiyadan aldığı S-400 Zenit Raket Komplekslərini (ZRK) Qətər və Azərbaycana vermək niyyətində deyil.

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Daha əvvəl Türkiyə mətbuatı Ankaranın sözügedən ZRK-ları Qətər və Azərbaycana verəcə biləcəyini yazmışdı.

“Söhbət S-400-lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat daim KİV-də dövr edir. Əslində isə bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və indi onların göndəriləcəyi vaxtı razılaşdırırıq. Əgər Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək. Xüsusən də, bu ölkələr arasında yaxşı münasibətlər var”, – deyə Çavuşoğlu bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər