Rusiya mindən çox türk tələbəni ölkədən qovur

Rusiya mindən çox türk tələbəni ölkədən qovur

















Rusiya ilə Türkiyə arasında “Su 24” təyyarəsinə görə yaranan gərginlik Rusiyada təhsil alan türk tələbələrə qədər gedib çatıb

Bu barədə məlumatı Türkiyənin Təhsil Nazirliyi yayıb.

Məlumata əsasən Rusiyada təhsil alan türk tələbələrin şikayəti durmadan artır. Bildirilib ki, rus polisləri qanunsuz olaraq tələbələrin yaşadığı ünvanlara basqın edir, onların sənədlərini yoxlayır.

İddia edilir ki, ali təhsil ocaqlarının rəhbərləri tələbələri çağıraraq onlardan təhsili tez bitirmələrini tələb edir. Hətta müəllimlər türk tələbərin olduğu dərslərə girmir. İmtahanlarda süni manelər yaradırlar.

Bundan başqa tələbələrə “Öz istəyimlə təhsil aldğım universitetdən kənarlaşmaq istəyirəm” kimi ərizlərə məcburən qol çəkdirmək istəyirlər.

Təhsil Nazirliyi daxil olan şikayət məktublarına istinadən bildirib ki, Rusiyada təhsil alan min otuzdan çox türk tələbə hər gün təzyiqlərə məruz qalır.

Artıq bir neçə türk tələbəsi həbs edilərək ölkədən deportasiya olunub. Səbəb kimi isə sənədlərin qaydasında olmaması göstərilir. Eyni zamanda tələbələr illik təhsil haqqını ödəsələr də onlara vizanın vaxtının uzadılmayacağı barədə xəbərdarlıq edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər