İranın kartof – soğan qadağası sabahdan qüvvəyə minir: Bakı bazarlarını nə gözləyir?

İranın kartof – soğan qadağası sabahdan qüvvəyə minir: Bakı bazarlarını nə gözləyir?















Soğanla bağlı ajiotaj yaşadığımız bir məqamda, qonşu İran sabahdan kartof-soğan ixracına qadağa qoydu. Sabahdan bu qadağa qüvvəyə minir. Azərbaycan İrandan soğan idxal etmədiyinə görə, bu qərar daha çox kartofun qiymətinə təsir edə bilər. Bəs görəsən kartofun qiymətində artım olacaqmı?

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir: “Xüsusən, kartof məsələsində İran əsas rol oynayır. İl ərzindən bu ölkədən Azərbaycana 50 min ton kartof idxal olunur. Azərbaycanın soğan bazarının formalaşmasında İran rol oynamır, digər məhsullar üzrə dominantlıq edir. İlkin yaz dövründə İranın belə bir qərara verməsi, qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq. Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzində İrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanmıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi”.

Ekspertin sözlərinə görə, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini payız-qış mövsümündə hiss edəcək: İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik. Ola bilsin ki, ilin sonuna doğru, əsasən də payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın.

İranın aidiyyəti qurumları etiraf edirlər ki, bu il onlarda da iqlim amilləri kifayət qədər əlverişsiz olub. Bu da məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə təbii ki, daxili bazarı qorumağa çalışırlar”.

N.Nəsirlinin sözlərinə görə, İran bu addımla daxili bazarını qorumağa çalışır: Son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır. Bu embarqoya səbəb olan ən ciddi amil, İranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər