“Anadolu” səslərin 100 faizini açıqladı — İstanbulda kim qalib gəlib?

“Anadolu” səslərin 100 faizini açıqladı — İstanbulda kim qalib gəlib?














Türkiyənin rəsmi dövlət agentliyi olan Anadolu Agentliyi dünən keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı açıqlama yayıb.

Agentlik qutuların 100 %-nin açıldığını bildirib. Nəticələrə görə İstanbul şəhəri üzrə Cümhuriyət Xalq Partayasının namizədi Əkrəm İmamoğlu rəqibi Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırıma 23 min 945 səslə qalib gəlib.

Rəsmi olmayan nəticələrə görə, Əkrəm İmamoğlu seçicilərin 48,78 %-nin (4 milyon 169 min 987), Binəli Yıldırım isə 48,52 %-nin (4 milyon 146 min 42) səsini toplayıb.

Yenə qeyri-rəsmi məlumatlara görə, 39 rayonu olan İstanbulda Ədalət və İnkişaf Partiyası 24, Cümhuriyət Xalq Partayası 14, Milliyyətçi Hərəkat Partiyası isə 1 rayonda seçkilərin qalibi olub.

Qeyd edək ki, Anadolu Agentliyində təxminən 13 saat boyunca məlumatların daxil edilməsi dayandırılmışdıБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər