Yardımlıda polis zabiti həlak oldu – Foto

Yardımlıda polis zabiti həlak oldu – Foto














Yardımlı rayonunda polis zabiti xidməti ərazisində xidmətdə olarkən, bədbəxt hadisə nətincəsində dünyasını dəyişib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında rayonun ən ucqar dağ kəndlərindən biri olan Osnəkəran kəndində baş verib.

Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 1988-ci il təvəllüdlü Şahin Nəsirov 10 AP 928 dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı avtomobil ilə xidməti ərazisində qəzaya uğrayıb. Onun idarə etdiyi xidməti avtomobil idarəetməni itirərək dərəyə yuvarlanıb.

Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.Yardımlıda polis zabiti həlak oldu – FotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər