Bahar Muradova: “Azərbaycan son illər dinamik inkişaf yolundadır”

Bahar Muradova: “Azərbaycan son illər dinamik inkişaf yolundadır”














Azərbaycan son illər dinamik inkişaf yolundadır. Həyata keçirilən siyasət və bu siyasətin reallaşması üçün həyata keçirilən islahatlar həyatımızı yaxşılaşdırmağa yönəlib.
Bunu Milli Məclisin sədr müavini, İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın hər tərəfli inkişafı nəzərdə tutulan vacib məqsəddir:
“Bu məqsəd də vətəndaşların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına, potensiallarını Azərbaycanın inkişafına yönəldilməsinə istiqamətlənib”.
Azərbaycanda çox böyük iqtisadi layihələrin reallaşdırıldığını deyən B. Muradova söyləyib ki, görülən işlər nəticəsində böyük yol qovşaqları, körpülər çəkilir, müxtəlif infrastruktur layihələri, ətraf mühitin sağlamlaşdırılması istiqamətində, enerji layihələri həyata keçirilir:

“Bu fəaliyyət nəticəsində ətraf mühitə müsbət və mənfi təsirlər olur ki, bu da nəzərə alınmalı, onların qarşısının alınması və müsbət təsirlərinin genişləndirilməsi nəzərdə tutulmalıdır. Bu məqsədlə qanunlara dəyişiklik etmək lazım gəlir. Bu baxımdan “Ekoloji təhlükəsizlik haqqında ”, “Avtomobil yolları haqqında”, “Ətrafə mühitə dair informasiya almaq haqqında”, “Aviasiya” və “İnfomasiya əldə etmək” haqqında digər qanunlara dəyişiklik nəzərdə tutulub”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər