Ana və uşağını zahiri görünüşünə görə təyyarədən qovdular – Foto

Ana və uşağını zahiri görünüşünə görə təyyarədən qovdular – Foto















Amerikada ana və körpə uşağı üzlərindəki səpkilərə görə təyyarədən qovulub. Hadisə “American Airlines” şirkətinin reysində baş verib.
Bizimyol.info xəbər verir ki, Cordan Fleyk bir yaşlı oğlu Ceksonla birlikdə Dallasa, həyat yoldaşı Kris Fleyklə görüşməyə gedirmiş. Təyyarəyə minik başlanandan sonra salonda bələdçi qadına Cordana yaxınlaşaraq, ondan özünün və oğlunun üzündəki səpkilərin səbəbini soruşub. Daha sonra qadından həkimin uçuşa icazə sənədini istəyib. Qadın ona izah edib ki, özü və oğlu nadir genetik xəstəliklərdən olan ixtiozdan əziyyət çəkir. Bu xəstəlik zamanı dəri quruyur, qabıq verir.

Təyyarə bələdçisi gedib internetdə bu xəstəlik barədə məlumatı oxuyandan sonra geri qayıdaraq, qadından oğlu ilə brilikdə təyyarədən düşməyi tələb edib. Cordanın sözlərinə görə, o, təyyarədən düşəndə digər bələdçi onun ünvanına xoşagəlməz replika səsləndirib.

Ana və uşağını zahiri görünüşünə görə təyyarədən qovdular – Foto


“Həyatım boyu heç kim məni belə alçaltmamışdı. Mən onlara məktub göndərmişəm və cavabını gözləyirəm”, – Cordan Fleyk bildirib.

Cordanın atası Terri Li Smit də qızının başına gələnlərdən hiddətlənib: “Mənim qızım mülayim xasiyyətli insandır. Hərbçinin həyat yoldaşı, möhtəşəm anadır. O, bu xəstəliklə doğulub və buna görə belə münasibətə layiq deyil”.

“American Airlines” şirkətinin nümayəndələri Fleyk və onun oğlundan üzr istəyərək, baş verənlərlə bağlı araşdırma aparacaqlarını bildiriblər.

Buna bənzər hadisə 2018-ci ilin mayında “Air Canada” şirkətinin təyyarəsində də baş vermişdi. Təyyarə bələdçisi qaradərili qadını üzündəki səpkilərə görə buraxmaq istəməmişdi. Baxmayaraq ki, sərnişinin əlində onun keçici olmaması barədə həkim sənədi vardı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər