Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı















Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.

“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “azxəbər.com”a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: “Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.

Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: “Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər