Bakıda gecə klubundan çıxan qadınlara təcavüz ediblər

Bakıda gecə klubundan çıxan qadınlara təcavüz ediblər















Zorlamada təqsirləndirilən Rəhim Rzayev, Vaqif Məmmədov və Nəsib Məmmədovun cinyayət işi məhkəməyə göndərilib.

Oxu.Az-ın xəbərinə görə, cinayət işi üzrə artıq ibtidai istintaq yekunlaşdırılıb və araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq.

İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib.

Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını və dostları ilə birlikdə zorlamağa cəhd etdiklərini deyiblər. Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb.

O, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə təhvil verilib.

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü – Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər