Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” – MÜSAHİBƏ

Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” – MÜSAHİBƏ
















“Seksual tərbiyə Azərbaycan məktəblərində çox vacibdir”

Kvant psixoloqu Gülnara İnanc Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:

– Gülnara xanım, kvant şüuru üzrə araşdırmaçısınız. Bu, şüurun kvant nəzəriyyəsidir. Sadə dillə izah edərdiniz.

– Kvant fizikası haqqında yəqin ki, eşitmisiniz. Kvant şüuru da kvant fizikasından yaranan, insan şüuru ilə bağlı olan bir sahədir. 2007-ci ildən bu sahə ilə məşğul olmağa başlamışam. Bu istiqamət 20-ci əsrin 80-ci illərində yaranıb. Kvant şüuru nəzəriyyəsini Amerikanın məşhur alimi, anestezioloq və psixoloq Stüart Hameroff və fizik Rocer Penrouz yaradıblar. Hazırda Amerikada Kvant Şüuru İnstitutu da var.

Bu sahə insanın problemlərini onun bədənində yox, kənarda axtarır. Daha doğrusu, problemlərin insanın cismində yox, ruhunda axtarılmasını öyrənən sahədir. Bu, ilahi elmlərə, ilahi varlığa inananlar üçün daha yaxşı qavranılan bir istiqamətdir.

– Kvant mexanikası qeyri-müəyyənlik prinsipinə əsaslanır. Siz dediyiniz ilahi qanunlar isə mütləqlik prinsipi deməkdir. Yəni, kvant fizikası ilahi qanunlara tabe deyil. Bəs necə olur ki, siz kvant şüurunu ilahi qanunlarla izah edirsiniz?

– İlahi qüvvə, ilahilik özü də qeyri-müəyyənlikdir. Konkret heç bir şey yoxdur. Mənim içimdə və məndən kənarda olan ali şüur – biz meditasiyalar vaxtı belə ifadələrlə müraciət edirik. Kvant sahəsi nöqtə və dalğadan ibarətdir. Hər bir şey nöqtə və dalğadan ibarətdir. Nöqtə və maddə – maddənin çox böyük hissəsi həmin dalğada və enerji vəziyyətindədir. Bizim həyat yollarımız, kvant sahəsində, boşluqda yerləşir. Bu, sahə sonsuza qədərdir. Siz burdasınız, mən başqa yerdə, amma bizim enerjilərimiz nəticədə birləşir. Ayrıca, əlahiddə bir şey yoxdur. Biz şüurumuzu da sonsuza qədər genişləndirə bilərik. Bu halda da insan həyatını özü yarada bilər.

İki versiya təklif olunur. Birincisi odur ki, həyatımı fikirlərimlə özüm yaradıram. İkincisi isə, mən yaranmış variantlardan birini seçirəm. Tale yolları da sonsuzluğa qədərdir, bunu Allah seçir. Mənim sonsuz sayda seçim, tale yollarım var. Taleni qismət etmək üçün o yollardan birini seçirəm. Tale ilə qismətin də fərqi budur. Bu hal nağıllarda da qeyd olunub. Məsələn, “it hürən tərəfə, yoxsa işıq gələn tərəfə” deyirlər. Bu seçim bizdədir. Bu seçimi bizim əvəzimizə heç bir ilahi qüvvə həll etmir.

– Yəni düşünürsünüz ki, tale, alın yazısı əvvəlcədən insana yazılmayıb?

– Onlar bu dünyada yazılı vəziyyətdə var. Sadəcə olaraq, onu seçən bizik. Yaxşını da, pisi də seçən bizik. Həyatımız fikirlərdən və enerjilərdən yaranıb, bu, artıq sübut olunmuş bir faktdır.

Çox maraqlı tədqiqatlar var ki, bunlardan biri də su ilə bağlıdır. Suya “pis və ya yaxşı” nəsə deyirsən, o donanda bütün strukturu dəyişir. Məsələn, mən bir stəkan suya “pis” desəm, o donanda, strukturu pis olur. “Yaxşı” deyiləndə isə strukturu nizamlı olur.

Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” – MÜSAHİBƏ











– Maraqlıdır, amma təbiətdə insanlar su olan yerlərin hamısına gedib sözünü demir. Amma söz deyilməyən ərazilərdəki sular donanda bəziləri, siz dediyiniz kimi yaxşı, bəziləri isə pis görünür. Onlara ali şüur nəsə deyir?

– Şübhəsiz ki, elədir. Mən ali şüura inanıram, amma dindar deyiləm. Dünya öz-özünə yarana bilməzdi. Yaradıcı qüvvəyə kim nə ad verirsə, versin – nəticədə o mövcuddur. Belə bir nəzəriyyə var ki, heç nəyin olmadığı, sabit, hiss, emosiya olmayan yer Allahın olduğu məkandır. Çaydakı suyun həcmi çoxdur, biz onu pis fikirlə korlaya bilmərik. Hər şeyə ilahi nəzarət var.

İlahi güc kainatda bütünlüklə hər bir şeyə hopub. Biz ilahi varlıq deyilən substansiyadan kənarda deyilik. İlahi varlıq, bizim nəfəsimizdə, hüceyrəmizdə – hər bir şeydədir.

– Yaxşı, bəs şüur birinci yaranıb yoxsa maddə? Bəlkə ikisi də eyni anda mövcud olub?

– Çalışıram ki, əllaməlik etməyim. Mənim hissimə görə, əvvəlcə ilahi enerji olub. Biz ondan qopan zərrələriksə, deməli, biz Onunla birgə əbədiyik. O itmir, məhv olmur. İtən bədənimiz, yəni maddədir. Ruh isə enerjidir və əbədidir. Biz enerjini və maddəni qavradığımız şəkildə mövcud olur. Həmin o ilahi güc həm mənim içimdə, həm də məndən kənardadır. Biz nəfəs alırıq, nəfəs duran kimi həyat bitir.

– Cəmiyyət, ailə, fərdi həyatda insanların problemləri çoxdur. Kvant şüuru bu problemlərin kökünü nə dərəcədə effektiv araşdırıb ortaya qoya bilir?

– Gəlin, bir az uzaqdan başlayaq. Ailə probleminin yaranma səbəbi, vaxtı var. İstənilən problem həmin anda yaranmır. Məsələn, ailədə problem iki cütlük evlənəndə yaranmayıb.

O problem cütlüklərdə ayrı-ayrılıqda yaranıb, sonra onlar birləşəndə problemlər böyüyüb. Alimlər də sübut edib ki, kainat fikirlərdən ibarətdir. Mən neqativ düşünürəmsə, neqativ, pozitiv düşünürəmsə, pozitiv yaşayıram. Yəni, mən səhər durub “nə bədbəxtəm, yenə maaş verilməyib” və ya başqa neqativ şeylər desəm, gedib mənfi məqamlarla rastlaşacağam. Əgər səhərimi açıb “mən zənginəm, mən uğurluyam, mən xoşbəxtəm” desəm, o zaman müsbət şeylər qarşıma çıxacaq. Bilirsiniz niyə? Axı kainat bizimlə danışır, o insanların, hadisələrin vasitəsi ilə bizimlə həmsöhbət olur.
Pozitiv düşünmək və özünü əsl mənada pozitiv hiss etmək çox vacibdir. Yalandan “mən xoşbəxtəm, təmizəm” deyib, ağlıma qara-qura fikirlər gəlirsə, bu zaman mən xoşbəxt olmayacağam. Yəni o xoşbəxtliyi hiss etməliyəm.

– Ortaya məntiqi sual çıxır. Mənim nəzərimdə, dünyada edilən dualar daha çoxdur. Bəs dünyada niyə neqativlər çox olur?

– Neqativlər çox deyil. Ağ kağıza bir qara nöqtə qoyulsa, hamı onu görəcək. Amma görün nə qədər hissə ağdır! Dünyada qara çox olsaydı, çoxdan məhv olmuşduq. Kainatımızda ağlar çoxdur.

– Amma elə qara şeylər olur ki, insan dəhşətə gəlir. Məsələn, güllə yağışı altında, körpələrin məhv olması, onların iniltisi, qadınların, qocaların dramatik görüntüləri kimi. Bəs bunlar nədir?

– Mən karmaya inanıram. Karma ruhun bədəndən bədənə keçməsidir. Quranın özündə də bu, sətiraltı yazılıb. Mənim öz karmik həyatım uşaqlıqdan yadımdadır. Mən ədaləti onda tapdım. Mən körpələr, balaca uşaqların ölüm səbəbini bildim. Dərk etdim ki, körpə uşaqlar o biri həyatında ağır cinayət etdiyinə görə, onlar, vəhşicəsinə ölməlidir.

– Anlamadım, o cinayəti kim edib?

– Həmin uşaq özü. Dedim axı, ruhun bədəndən bədənə keçməsi var. Həmin uşağın içindəki, ruh əvvəlki həyatında ağır bir cinayət törədib. Ona görə də, onun taleyinə öldürülmək yazılıb. Amma ataya, anaya görə uşağın əzab çəkməsi fikri ilə razılaşmıram.

– Bu necə sübut olunub ki, bir uşağın ruhu o biri dünyasında cinayət edib? Bunun, elmi bir əsası varmı?

– Təcrübə aparıb, sübut edirlər. İnanıb-inanmamaq isə hər kəsin öz işidir. Bizim görməyimiz və inanmağımızdan asılı olmayaraq çox şey mövcuddur. Biz məgər toxumun cücərmə prosesini görürük? Yalnız nəticəni – artıq yetişmiş buğdanı görürük. Hər kəs görmək istədiyini görür.

– Sizə elə gəlmirmi ki, yanaşmalarınız, arqumentləriniz parapsixologiyaya daha çox yaxındır?

– Alternativ psixologiya deyilən bir sahə var. Bura həm psixologiya, həm də parapsixologiya daxildir. Mənim təlimlərimə dindarlar da gəlir. Maraqlıdır ki, mənim dediklərimi din də rədd etmir, əksinə qəbul edir. Qərbdə parapsixologiyanı da qəbul edirlər. Parapsixologiya, psixologiya, kvant şüuru – bu sahələr hamısı bir birinə çox yaxındır. Sərhədləri bir birinə keçir. Başa düşək ki, hər şeyi ruh formalaşdırır. Kvant şüuru beşölçülü dünyadır. Bu, sonsuzluqdur. Kvant şüurunda zaman, çəki yoxdur. Kiminsə hər hansı bir problemi varsa, onu bu gündə axtarmırıq. Kiminsə ailədə problemi yaşanırsa, onun səbəbi keçmişdədir. “Mənim ruhumda, keçmişimdə nə baş verib ki, qarşıma bu cür insanlar çıxıb” deyə düşünmək lazımdır. “Hər şeyin səbəbkarı mənəm” deməliyik. Bunu etiraf etmək lazımdır. Mən problemli ailələrlə işləyirəm. Heç kimsə özünün günahkar olduğunu qəbul etmir. “Necə yəni, mənəm günahkar?” deyirlər. Bəli, sənsən.

– Qəribədir. Fərz edək ki, bir insandır, məsumdur, heç bir bəd əməli yoxdur. Amma qarşısına elə adamlar çıxır ki, ona çoxlu problemlər yaradır. Mən də sual edirəm – o adam nə edib ki?

-İnsanın inkişaf mərhələləri var. Ruh inkişaf etdikcə, oradakı proseslər də artıq dəyişir. Heç kim özünü qüsurlu hesab etmir. Bəs niyə bizim həyatımızda problemlər yaranır? Karmaya müraciət edək. Buna genetika da deyə bilərik. Nə zamansa, sənin ulu baban adam başı kəsibsə, sən onun əzabını çəkirsən. Bir ailə var idi. Kişinin həyat yoldaşı intihar etmişdi. Məlum oldu ki, həmin xanımın nəslində də əvvəllər intiharlar olub. Nəsildə olan problemlər davam edir.

İndi siz dediyiniz kimi, fərz edək ki, mən məsumam. Amma qarşıma pis insanlar çıxır. Deməli, nəslimdə pis insanlar olub ki, mən də onun cəzasını çəkirəm. Ona görə də, qarşıma pis insanlar çıxır.

Çox deyirlər ki, filankəs yaxşı adam idi, o niyə ölməli idi?! Baxın, səbəblərdən biri də budur.

İkincisi isə dərsdir. Maddiyyatda görünən son nəticə də orada yaranmayıb. Bütün nə varsa, hamısı kvant sahəsində mövcuddur.

Üçüncü versiyaya gələk. Məsələn, başıma daş düşənə, pis iş gələnə qədər mənə dəfələrlə xəbərdarlıqlar olunub. Amma mən onu hiss etməmişəm, gələn mesajları başa düşməmişəm. Söhbət “qarşımdan qara pişik keçdi” kimi mövhumatlardan getmir.

Kiminləsə işgüzar danışıqlara gedirik, amma başımıza pis iş gələ bilər. Buna görə də, mütləq maşınımız qəzaya düşməlidir ki, biz orada 100 manat itirək, gələcəkdə 100 min manat itirməyək.

Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” – MÜSAHİBƏ












– Siz özünüz başınıza nə gələcəyini bilirsiniz?

– Mən fikirləri durdura bilirəm. Fikirləri durduranda, beyin boş olur və nə baş verəcəyini bilirsən. Müasir psixologiyaya görə hər kəs öz həyatını 10 dəqiqədən, yarım ilə qədər öncədən bilir. Amma beynimiz fikir xaosu ilə dolu olduğu üçün bunları görə bilmirik.

– Pasiyentləriniz əsasən, hansı kateqoriyadan olan problemli adamlardır?

– Biznes, ailə məsələləri, intihar hadisələri ilə bağlı mənə müraciət edirlər. Bir sözlə, həyatını dəyişmək istəyən insanlar mənim konsultasiyama yazılırlar.

– Kvant şüuru cadunun, falın da praktiki təsirini təsdiqləyir?

– Kvant şüuru akademik biliklər üzərində qurulub. Cadu, tilsim fikirlərin, enerjilərin, hisslərin məqsədyönlü ötürülməsidir. Cadu edən adamlar isə bütün gücünü, ruhunu toplayır ki, insanlara qarşı neqativ göndərsinlər. Vacib deyil ki, onlar hamısı oturub dua yazsınlar. Mən demirəm ki, cadu yoxdur, sadəcə o, enerjidir. İnsan öz fikirləri ilə problemləri yaradır. Falçı yanına da gedəndə, falçı qayıdıb deyir ki, sənə cadu olunub. Halbuki, heç kim cadu etməyib, mən onu öz içimdə, əməlimlə, həyat tərzimlə yaratmışam. Burada məndən xoşu gəlməyən gəlinimin, qonşumun günahı yoxdur ki, o fikirlərlə yaşayıram. Ekstrasenslik çox təhlükəli bir sahədir.

– Sualıma tam olaraq cavab almadım. Siz cadunun, tilsimin, ovsunlamağın praktiki təsirinə inanırsınız?

– Təbii ki, cadu var. Amma insanın həyatını onunla dəyişmək mümkün deyil.

– Mövzunun istiqamətini dəyişək. 2018-ci ilin statistikasına görə, Azərbaycanda 14857 boşanma olub. Balaca ölkə üçün boşanma hallarını əks etdirən bu rəqəm çox böyükdür. Boşanmaların çoxalmasının dərin psixoloji səbəbləri nədir?

– Əvvəla düşünmək lazımdır ki, uşaq hansı ailədə böyüyüb və ailə münasibətləri necə olub. Səbəblərdən biri budur. Uşaq ailədə hansı münasibətləri görübsə, onu ideallaşdırır, o cür ailə axtarır. Qız atası kimi ər, oğlan da anası kimi qadın axtarır. Və ya qorxur ki, atası kimi ər ya da anası kimi qız tapacaq. İkincisi isə münasibətlər pisdirsə, uşaq üsyan edərək “mən bu cür ailə istəmirəm” deyir. İnsan da üsyan etdikcə, qarşısına elə o cür ailə çıxacaq. Geştald psixologiyada deyilir ki, hər bir şey – bütün komplekslər, problemlər uşaqlıqda gizlənib.

İnsanın ailəsi pis olanda da, evlənmək istəyəndə ideal bir ailə qurmaq istəyi ilə yaşayır. İdeal axtaranda da, problemlər yaşanır. İnsan ideal axtardıqca, ilahi qüvvə o ideallığı dağıdır.

Mənim yanıma gələnlərdən biri içirdi. Soruşdum ki, niyə içirsən? Dedi ki, vaxtı ilə atası da içib. O da atası kimi olmaq istəməyib, o cür ailəyə nifrət edib. Amma özü də axırda o cür olub. Biz boşanmaların səbəbini faktın özündə yox, mahiyyətində axtarmalıyıq. İctimai fikrin də bizlərə təsiri var. Biz normal halda başqalarının fikrini düşünürük. Bəzən insanlar tez-tez acır, yemək yeyir. Düşünmək lazımdır ki, həmin anda hansısa insan başqa bir yerdə acdır. Mən də o informasiyanı permanent kimi qəbul edirəm ki, özüm acam.

Azərbaycan xalqı spesifik, ənənələrlə yaşayan toplumdur. Ya hər şeyi qəbul edir, ya da hər şeyi rədd edir. Cəmiyyətdə müasir dövrün çağırışları var. Avropa həyat tərzi fərqlidir. Amma onların həyat tərzi ucdantutma boşanmalardan ibarət deyil.

– Boşanma tək Azərbaycana xas deyil. Qərbdə də boşanmalar olur, xüsusilə Amerikada ildən-ilə boşanma halları çoxalır.

– Baxın, səbəblər kasıblıq ya da hansısa bir maddi problemlə əlaqəli deyil. Azərbaycanda deyirlər ki, qız 20 yaşında mütləq ərə getməlidir, oğlan 25 yaşına çatdı, mütləq evlənməlidir. Çox zaman uşaqların yerinə valideynlər qərar verir, məsələlərini həll edirlər.

İlk baxışdan açıq fikirli görünən insanlar da görürsən ki, övladının yerinə qərar verir. Axı insanın seçim hüququ var. Boşanmaların səbəblərindən biri də budur ki, cütlüklər ailə qurarkən özləri seçmirlər.

– Boşanmaların bir səbəbi də evli kişi və ya evli qadınların özlərinə başqa partnyor axtarmasıdır, el dili ilə desək, xəyanət. Bu mövzuda siz nə düşünürsünüz, xəyanətə görə boşanma faizi nə qədərdir?

– Bir müddətdən sonra sevgi deyilən hiss avazıyır. Bu müddət, 1 il, 5 il, 10 il, 20 il də ola bilər. Çox nadir hallarda olur ki, cütlüklər 50 il bir yerdə sevgi ilə yaşayırlar. Bizdə xüsusi texnikalar var. Ürəkdə sevgi hissini böyütməklə sevgi hissini yenidən gücləndirmək olur. Dediyimiz müddət bitəndən sonra qadın və ya kişi üçün qarşısındakı həyat yoldaşı maraqlı deyil. Bu hal xüsusilə uşaq doğulandan sonra özünü göstərir.

Əvvəllər belə hallar kişilərdə çox idisə, indi qadınlar da bu baş verir. Bəzən qadın gəlir, mənə deyir ki, ərinin xəyanət etdiyindən şübhələnir. Mən sual edirəm ki, nəyə görə belə düşünür? Deyir ki, ərinin telefonuna baxıb. Bəs yaxşı, sən hansı ixtiyarla həyat yoldaşının telefonuna baxırsan?! İnsanı nəzarətlə özünə bağlayıb saxlamaq olmaz. Mən yoldaşının xəyanətindən şübhələnənlərə deyirəm ki, içlərində sevgini artırsınlar. İnsan sevgini artırsa, daim vurğunluq halında olur.

– Evli kişilər var ki, həyat yoldaşı ilə də münasibətləri normaldır, amma daim özünə başqa partnyorlar da axtarır. Və onu da bilir ki, seçdiyi partnyor da xanımı qədər sevgi göstərməyəcək. Amma yenə də onunla münasibət yaşayır, cinsi əlaqədə olur. Bu psixoloji problemdir ya cinsi tələbatın həddindən artıq olmasından irəli gəlir?

– Oğlanla qızın evlənməyinin səbəblərindən biri də cinsi tələbatı ödəməkdir. Bu hal isə normal deyil, bunun üçün evlənməzlər. Cinsi təminat üçün evlənsən, seçdiyin həyat yoldaşı sənə uyğun gəlməyə bilər. Seks də bir enerjidir. Seksdə də uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir.

Düşünürəm ki, Qərbdəki yanaşma, yəni əvvəlcə qızla oğlanın bir yerdə yaşayıb, cinsi əlaqədə olub, sonra evlənməsi daha doğrudur. Ancaq bizim cəmiyyət üçün doğru deyil. Həmişə deyirəm ki, Azərbaycanda bir oğlan cinsi münasibətdə olduğu qızla evlənməyəcək.

Kişi başqa qadının yanına niyə gedir? Səbəb yalnız xanımı ilə fiziki tələbatının ödənməsində deyil. İnsan daim təzə bir şey axtarır. Axı vurğunluq halı onda çoxdan keçib. O, sağına da, soluna da baxır. Amma elə hallar olur ki, ərli biri başqasını sevir. Ötən günlərdə bir xanımla danışdım. Bir kişinin artıq ikinci arvadıdır, amma yenə də başqasını sevir. Kişi arvadından kənar başqa qadınla görüşürsə, bu, o demək deyil ki, həmin qadın da pozğundur. Həyat birmənalı deyil, Aqşin! Kimisə nədəsə qınamaq olmaz, müztləq öz başına da gələ bilər! Bir kişi başqa bir qadınla münasibətdədirsə, bu təkcə cinsi tələbata görə olmaya da bilər. Burada mənəvi tələbat da, enerji yaxınlığı da rol oynayır. Biz əxlaqi tərəfdən yanaşıb onları günahlandırmayaq. Sadəcə özümüzü onların yerinə qoyaq. Evli kişi hər bir qadının üzərinə durub-durası cummur ki! Deməli, ruhsal, enerji yaxınlığı var. Lakin bir kişi hər gördüyü xanıma yaxınlaşırsa, onun seksual pozğunluğu var.

– Yanınıza xəyanət edib, bundan əzab çəkənlər gəlir?

– Qadınlardan olub. Qadın ərinə xəyanət edib əzab çəkir, amma özünü də idarə edə bilmir. Əvvəl sevdiyi biri ilə rastlaşıb, kövrəlib, özünü idarə edə bilmir.

– Düşünmürsünüz ki, cəmiyyətin bu tip qadın və ya kişiyə kəskin münasibət bəsləməsi normaldır?

– Dünyanın hər yerində bu cür hallara yaxşı münasibət göstərmirlər. Heç bir cəmiyyət bunu normal qarşılaya bilməz.

– İnsan var ki, həftədə bir qadınla münasibət yaşayır, amma tələbatı ödənmir, daim yeni partnyorlar axtarır. Axı onun, cinsi tələbatı tez-tez ödənilir! Bu da seksual pozğunluqdur?

– Bu cür başıpozuq həyat ona xoş gəlir. İnsanlar var ki, barlarda gəzir, qadınlarla tez-tez münasibətdə olurlar. Bu da psixoloji səbatsızlığın nəticəsidir. Həyatdakı boşluqları sanki bu cür həyat tərzi ilə doldurur.

– Sosial şəbəkələr boşanmalarda nə qədər rol oynayır?

– Sosial şəbəkələr canlı ünsiyyəti azaldır. Ünsiyyət olmayanda isə münasibətlər inkişaf etmir, buna görə də insanların bir-birinə marağı itir. Sosial şəbəkələrin müsbət tərəfləri də çoxdur. Amma insanlar orada cəfəng söhbətlər gedirsə, mənasız sözlər yazılırsa, bu, insan şüurunun kiçilməsi deməkdir.

Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” – MÜSAHİBƏ














– Sual təhsillə bağlı olacaq. Valideynlər, təhsil ekspertləri şagirdlərin dərs yükünün çox olmasından şikayətlənirlər. Hamı bunun şagirdlərdə zehni yoğrunluğa gətirib çıxardığını deyir. Bəs bu cür hal gələcəkdə həmin uşaqların şüuruna necə təsir edə bilər?

– İnsan beyninin qavrama gücü var. Bundan artıq yüklənmə olanda yorğunluq, halsızlıq, yuxusuzluq, hətta psixi problemlər yaranır.

İndiki uşaqlar informasiyalıdır, amma bu, o demək deyil ki, onların şüuru genişlənib. Fikir verirsinizsə, uşaqlar arasında oxumağa meyl azalıb. Bilgisizlik bir dəbə çevrilib.

Dərsliklərdə qoyulan mövzularla bağlı da şikayətlərə rast gəlirəm. Dərsliklərdə normal olmayan mətnlərin olduğunu bildirirlər. Dərslikləri hazırlayanda, psixoloqlarla, psixiatrlarla işlənilirmi ki, uşaqların beyni nələri qavraya bilər, nələri yox? Bu sahəni araşdırmamışam. Lakin onu bilirəm ki, dərsliklərin hazırlanmasına psixoloqların, psixiatrların cəlb olunması çox vacib məsələdir.

– Məktəblərdə seksual tərbiyə ilə bağlı fənnin salınmasına ehtiyac görürsünüz?

– Bəli. Seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir. Qərbin bəzi cizgi filmlərində erkən seksual inkişaf üçün tendensiyalar görmək mümkündür.

Yəni dediyimiz odur ki, onsuz da uşaq seksual həyatı kimdənsə öyrənəcək. Ona görə də, məktəblərdə savadlı şəkildə öyrənməsi yaxşı olardı. Uşaqlar qarşı cinslə necə münasibət qurmağı indidən bilməlidir. Bu yanaşmanı Qərbdəki kimi bizdə tətbiq etmək çox çətindir.

Amma biz tətbiq etmədikcə, əvəzimizdə bunu cizgi filmləri, virtual oyunlar edəcək. Uşaqlar üçün barbi cizgi filmlərində erotik səhnələr ortaya atırlar. Düzdür, birbaşa erotik səhnə deyil, bunu səslərlə, hərəkətlərlə büruzə verirlər.

Təəssüf ki, cizgi filmini yazanların bir çoxunun psixi pozuntusu olub. Məsələn, “Simpsonlar” cizgi filmini yaradanlar. Onların arasındakı gizli pedofillərin olması da mümkündür. İnsanın şüuraltısı ağlasığmaz informasiyalar daşıyır. Vaxtilə bu haqda yazı da yazmışdım…Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər