Bakıda məktəbin tualetinə kamera quraşdırılıb — Qeyri-adi addım

Bakıda məktəbin tualetinə kamera quraşdırılıb — Qeyri-adi addım















Bakıda orta məktəbin ayaqyolusuna kamera quraşdırılıb.
Xezerxeber.az” bildirir ki, kadrlar Bakıda, Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə çəkilib. Həmçinin məktəbdə ayaqyolu kabinələrinin də qapıları yoxdur.

Məsələni araşdırmaq üçün üz tutduq həmin məktəbə.

Direktor müavini Novruz İsmayılov qeyd edib, həmin kamera oğlanlar üçün nəzərdə tutulan sanitar qovşağa quraşdırılıb. Ancaq həmin kamera heç vaxt işlək vəziyyətdə olmayıb. İşləməyən kameranın ayaqyoluna quraşdırılmasının səbəbinə gəldikdə isə, Novruz İsmayılov bildirdi ki, yuxarı siniflərdən bəzi şagirdlər orada siqaret çəkiblər. Şagirdləri bu vərdişdən yayındırmaq üçün bu üsulu seçiblər. Sonradan kamera çıxarılıb. Şagirdlərin ayaqyolunda çəkdikləri elektron siqaret və qəlyanlar isə onlardan alınıb.
O bildirdi ki, həmin kamera quraşdırıldıqdan sonra ayaqyolunda heç kim siqaret çəkməyib. Sanitar qovşaqda kabinələrin qapısının olmaması məsələsinə gəldikdə isə, direktor müavini bildirildi ki, məktəb tikilən vaxtı orada qapı nəzərdə tutulmayıb.

Novruz İsmayılovun sözlərinə görə qısa zamanda ayaqyolu kabinələrinə qapılar qoyulacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər