Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir













Quliyev Nizaməddin Məhəmməd oğlu 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirərək iqtisadçı ixtisası almışdır. Əmək fəaliyyətinə sovxozda mühasib kimi başlayan N.Quliyev uzun müddət rayonda rəhbər vəzifələrdə işləmiş, 24 sentyabr 2009-cu ildə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. İqtisad elmləri doktorudur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaradıcısıdır. 16 il YAP rayon təşkilatının sədri vəzifəsində işləmiş, bir neçə dəfə Ulu öndərlə görüşmüşdür. N.Quliyev uzun müddət rəhbər vəzifələrdə işləməsi, habelə siyasi fəaliyyətlə məşğul olması rayon İcra Hakimiyyətinin başçısı kimi məsul vəzifədə özünü göstərmiş, rayonun sosial-iqtisadi inkişafına ciddi təkan vermişdir.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir










Goranboy şəhərində abadlıq-quruculuq işlərinə əsasən 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlindən geniş start verilmişdir. Həmin dövrdən başlayaraq əhalinin təklifləri və sosial sifarişləri əsasında Goranboy şəhərində geniş miqyaslı abadlıq-quruculuq işləri görülmüş, infrastruktur layihələr həyata keçirilmişdir. Nəticədə 2010-2018-ci illərdə Goranboy şəhəri tamamilə öz görkəmini dəyişmiş, küçələr yenidən qurulmuş, müasir işıqlandırma sistemləri yaradılmış, memarlıq üslubunda istinad divarları tikilmiş, giriş qapıları inşa edilmiş, yeni parklar və yaşıllıq zolaqları salınmış, on minlərlə dekorativ ağaclar və gül kolları əkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionlara səfərləri çərçivəsində 2009-2018-ci illərdə 6 dəfə Goranboy rayonunda olmuş, bu səfərlər çərçivəsində 21 sosial obyektin, infrastruktur layihələrinin açılış mərasimlərində iştirak etmişdir.
Dövlətimizin başçısı Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 12 sərəncam Goranboy şhərində abadlıq-quruculuq işlərinin həyata keçirilməsində və miqyasının genişləndirilməsinə, eyni zamanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında rayon üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə, infratrukturun yenidən qurulmasına güclü təkan vermişdir. Bununla yanaşı rayonun daxili imkanları hesabına, yerli icma və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə rayonun bütün yaşayış məntəqələrində əhalini narahat edən yerli əhəmiyyətli problemlərin həlli ilə bağlı çoxsaylı layihələr reallaşdırılmışdır.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir









Son illərdə respublikanın bütün regionlarında, o cümlədən Goranboy rayonunda görülən işlər onu göstərir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində respublikamız iqtisadi cəhətdən günü-gündən möhkəmlənir, dinamik inkişaf edir, dünya birliyində inkişaf səviyyəsinə görə öz layiqli yerini tutur, bu inkişafı hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir.
2010-2018-ci illərdə Goranboy rayonunda aşağıdakı mühüm obyektlər tikilib istifadəyə verilmişdir.
- Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəz tikilmiş, Ümummilli liderin abidəsi qoyulmuş, Heydər Əliyev adına park yenidən qurulmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binası tikilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Uşaq Şahmat məktəbi üçün yeni bina tikilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Müasir standartlara cavab verən 4 ulduzlu «Goranboy» oteli tikilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir









- «Lalə Tekstil» MMC-nin Goranboy filialı açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboy şəhər 3 nömrəli məktəb üçün 420 şagird yerlik yeni bina tikilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Goranboy-Yuxarı Ağcakənd yolu yenidən tikilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- «Goranboy» Paylayıcı Elektrik məntəqəsi tikilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Goranboy şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi başa çatmışdır. Layihənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- «Gilan Holdinq»in gips-kardon istehsalı və kalsid istehsalı zavodları istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Goranboy şəhəri ərazisində 525 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 9 yaşayış binasından ibarət məhəllə salınmışdır. Məhəllənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Goranboy şəhərində Nizami Gəncəvinin adını daşıyan park tikilmişdir. Parkın açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir







- Goranboy şəhəri ərazisində yerləşən Xocalı rayonundan olan və Naftalan şəhərində müvəqqəti məskunlaşmış 688 məcburi kböçkün ailəsi üçün yaşayış məhəlləsi tikilmişdir. Məhəllənin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Goranboy şəhər Mədəniyyət evi yenidən qurulmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
- Rayon Qaz istismarı idarəsi üçün yeni inzibati bina tikilmişdir.
- Su-kanal idarəsi üçün yeni inzibati bina tikilmişdir.
- Rayon Elektrik şəbəkəsi üçün yeni inzibati bina tikilmişdir.
- Ağdaş Magistral Qaz Kəmərləri idarəsinin rayonda qaz paylayıcı məntəqəsi üçün inzibati bina tikilmişdir.
- Qarabağ əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binası tikilmişdir.
- Müasir Ticarət Mərkəzi tikilərək əhalinin istifadəsinə verilmişdir.
- Əhalinin çörək məhsullarına tələbatını ödəmək üçün çörək zavodu tikilmişdir.
- 100 yerlik müasir standartlara cavab verən uşaq bağçası tikilmişdir.
- Subartezian quyularının istismarı idarəsinin inzibati binası əsaslı təmir edilmişdir.
- Suvarma sistemləri idarəsinin inzibati binası əsaslı təmir edilmişdir.
- Köhnə Mehmanxana binası əsaslı şəkildə yenidən qurularaq müasir Otelə çevrilmişdir.
- «Kapital bank»ın inzibati binası əsaslı təmir edilmişdir.
- Rayon Polis şöbəsinin inzibati binası əsaslı təmir edilmişdir.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir








2018-ci il iyunun 5-i Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfəri olduqca əlamətdar olmuşdur. Cənab Prezident Bayraq Muzeyinin açılışında iştirak etməsi onun dövlət atributlarımıza xüsusi ehtiramla yanaşdığını bir daha sübut edir. Belə muzeylərin yaradılması ilə bağlı icra olunan layihələrin bütün bölgələrimizi əhatə etməsi yeniyetmə və gənclərimizdə yüksək vətənpərvərlik duyğuları aşılamaqla yanaşı, üçrəngli bayrağımıza olan sevgini daha da artırır. Cənab Prezident səfər zamanı 14 km uzunluğunda Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout və uzunluğu 20 km olan Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yollarının açılışında iştirak etmişdir.
Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən son illərdə kənd yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində mühüm layihələr icra olunur ki, bu cür layihələr rayonumuzda da həyata keçirilmişdir. Nəticədə 27 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının istismara verilməsi rayon mərkəzi ilə kəndlərin nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafına güclü təkan vermişdir.
Hazırda isə Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisi aparılır. Ümid edirik ki, möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğı sayəsində belə layihələrin icrası davamlı olacaqdır.
Səfər zamanı cənab Prezident «Region Aqropark»da görülmüş işlərlə də tanış olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə yeni-yeni istehsal sahələri istifadəyə verilir, iş yerləri açılır ki, bu da məhsul istehsalının artırılmasında, həm də əhalinin məşuğlluğunun təmin edilməsində mühüm rol oynayır. «Region Aqropark» da belə müəssisələrdən biridir. Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən «Boz dağ» massivində yaradılmış «Region Aqropark»da qısa müddət ərzində mühüm işlər görülmüşdür.
İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir








Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür. Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik iki mərtəbəli tam infrastruktura malik müasir yataqxana və iki mərtəbəli ofis binası tikilib.
Həyata keçirilən bu layihənin ikinci mərhələsi çərçivəsində ərazilərin hamarlanması məqsədilə mövcud iri yarğanlar torpaqla doldurularaq, ərazi kol-kosdan təmizlənəcək, əkinə hazırlıq işləri aparılacaq, 2700 hektar sahədə Amerika istehsalı olan 31 müasir pivot suvarma sistemi qurulacaq və meyvə bağlarının sahəsi 200 hektara çatdırılacaq.
Bundan başqa Aqroparkda gündəlik istehsal gücü 120 ton olan bitki yağları istehsalı fabriki, ümumi tutumu 2 min ton olan soyuducu anbar kompleksi, 10 hektar sahədə müasir istixana kompleksi yaradılacaq. Aqroparkda hazırda 100 nəfər daimi işlə təmin edilib. Burada bitkilərin davamlı və keyfiyyətli su təminatının hayata keçirilməsi məqsədilə ilkin olaraq 2000 hektar sahədə Amerika istehsalı olan və məsafədən idarəetmə mexanizminə malik 24 müasir suvarma sistemi qurulub.
Uzun müddət əkin aparılmadığına görə ərazidə dərin və çarpaz reperlənmə işləri aparılıb, torpaq müxtəlif üzvi və qeyri-üzvi gübrələrlə zənginləşdirilib. Bərpa olunmuş torpaq sahəsində cari ildə 823 hektarda taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib. 80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb. Aqroparka məxsus torpaq sahələrinin Bozdağ ərazisində əmələ gələn sel sularından mühafizəsi məqsədilə 15,5 kilometr uzunluğunda seltutucu kanal inşa olunub.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir










Aqroparkda zəruri infrastrukturun yaradılması məqsədilə qoyulmuş 35 milyon manat dövlət əsaslı investisiya hesabına ərazini öz axını ilə suvarma suyu ilə təmin etmək üçün Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı üzərində baş suqəbuledici qurğu, nəqledici boru kəməri, sututumu 300 min kub metr olan torpaq əsaslı hovuz inşa olunub. Bundan əlavə 35/10 kv-luq yarımstansiya da inşa edilib. Lək yarımstansiyasından 14 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti, Qazıməmməd-Qazax magistral qaz kəmərinin «Ağasıbəyli» Qazpaylayıcı stansiyasından 12 kilometrlik qaz xətti çəkilib və Fəxralı kəndindən əraziyə 9,4 kilometr uzunluğunda yeni asfalt yol salınıb.
Artıq «Region Aqropark» öz nəticələrini verməkdədir. 326 hektarda buğda, 497 hektarda arpa əkilmiş, hər hektardan 50 sentnerdən çox məhsul götürülmüşdür. 64 hektar sahədə kartof becərilmiş, 640 ton məhsul əldə edilmişdir ki, bu da hər hektardan 100 sentner məhsuldarlıq deməkdir. 192 hektar sahədə pambıq əkilmiş, 190 ton məhsul toplanmışdır. 323 hektar şəkər çuğunduru sahəsindən 6740 ton, 823 hektar qarğıdalı sahəsindən isə 3295 ton məhsul götürülmüşdür. Burada toxum paketləmə zavodu tikilmiş, 2542 ton yüksək keyfiyyətli toxum istehsal olunmuşdur.
Cənab Prezident hər biri 40 meqavat amper olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq «Dəliməmmədli» yarımstansiyasının açılışında da iştirak etmişdir ki, bu da rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir.
Cənab Prezident daha sonra Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışında iştirak edib. Kanalın bu hissəsinin istifadəyə verilməsi ilə Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib.
Rayonun gələcək inkişafının kənd təsərrüfatı ilə bağlı olduğu nəzərə alınaraq dövlət başçısının tapşırığı ilə bu layihə davam etdiriləcək, əlavə 10 min hektar, sonra daha 20 min hektar torpaqda suvarma işləri təşkil olunacaq. Bununla da rayonda kənd təsərrüfatı daha sürətlə inkişaf edəcəkdir.
Bütün bunlar onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Goranboy rayonunun sosial-iqtisadi inkişafına böyük diqqət yetirir.
Bu, cənab Prezidentin Goranboy rayonuna 6-cı səfəridir. Dövlətimizin başçısının hər səfəri zamanı Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı verdiyi sərəncamlar rayonda tikinti-quruculuq və abadlıq işlərinə böyük təkan vermişdir. 5 iyun səfərindən sonra Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi ilə bağlı cənab Prezidentin verdiyi sərəncam rayona göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür. Artıq yaşayış binasının tikintisinə başlanılmışdır.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir









Rayonun makroiqtisadi göstəriciləri xeyli yaxşılaşmışdır. Ümumdaxili məhsul buraxılışının həcmi 220,4 milyon manat, sənaye məhsulunun həcmi 12,2 milyon manat, tikinti işlərinin həcmi 58,2 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 87,1 milyon manat təşkil etmişdir. Əhaliyə 60,1 milyon manat ticarət, 3,7 milyon manatlıq nəqliyyat xidməti göstərilmişdir. Əsas kapitala 64,9 milyon manat investisiya yönəldilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 5,8 faiz artmış, orta aylıq əmək haqqı 280,1 manata çatmışdır ki, bu da əvvəlki illə müqayisədə 2,4 faiz çoxdur.
Əhalinin pul gəlirləri 328,6 milyon manat (əvvəlki illə müqayisədə 8 faiz çox), adambaşına düşən pul gəliri isə 3157 manat və ya əvvəlki illə müqayisədə 7 faiz olmuşdur.
Ötən il 38 biznes layihəsinin icrası üçün Sahibkarlara Kömək Milli Fondu tərəfindən sahibkarlara 1,8 milyon manat kredit verilmiş, bu hesaba 219, digər sahələrdə 257 daimi, ümumilikdə isə 6084 yeni iş yeri yaradılmışdır. Bütün bu tədbirlərin nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası istismara verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına rayon Mərkəzi xəstəxanası üçün 130 çarpayılıq binanın tikintisi başa çatmışdır. Xəstəxana müasir tibbi aparatlarla və avadanlıqlarla təmin edilir.
Əvvəlki illərdə olduğu kimi ötən il də cənab Prezidentin tapşırığına əsasən əhalinin profilaktiki tibbi müayinəsi keçirilmiş, 67 min 152 nəfər müayinədən keçirilmiş, aşkar edilmiş xəstələr müalicəyə cəlb olunmuşdur.
Möhtərəm Prezidentimizin sərəncamı ilə rayonda xalça istehsalı emalatxanası tikilmişdir. Bu, həm yeni iş yerlərinin açılması, həm də goranboyun qədim xalçaçılıq ənənələrinin yaşadılması deməkdir. Emalatxanada ən azı 150 nəfər işlə təmin olunacaqdır.
Ailə və Uşaqlara Dəstək Mərkəzinin tikintisi davam edir. Mərkəzin əsas məqsədi rayonda sağlamlıq imkanı məhdud olan uşaqları cəmiyyətə inteqrasiya etmək, onlarda müstəqil həyat bacarıqlarını inkişaf etdirməyə kömək etməkdən ibarətdir. Bu məqsədlə Mərkəzdə anaların və uşaqların iştirakını nəzərdə tutan məktəbəqədər məşğələlər təşkil ediləcək, xidmətlər göstəriləcəkdir.
Yaşayış binalarının müasir görkəmə salınması ilə bağlı möhtərəm Prezilentimizin tapşırığına əsasən Goranboy şəhəri M.Məhərrəmov küçəsi 22 saylı yaşayış binasının dam örtüyü, fasad və həyətyanı sahələrində təmir işləri görülmüş, binanın taxta pəncərə blokları plastik pəncərə blokları ilə dəyişdirilmiş, fasad hissəsi emulsiya ilə rənglənmişdir. Goran qəsəbəsi 2, 4, 6 saylı binaların fasad hissələri suvanmış, dam örtükləri dəyişdirilmiş, həyətlərə səki yan daşları düzülmüşdür.
Eyni zamanda Dəliməmmədli şəhərində 20-dək kommunal evlərin dam örtükləri dəyişdirilmiş, fasad hissələri təmir edilərək emulsiya ilə rənglənmişdir.
Goranboy şəhərinin İsmət Qayıbov, Səməd Vurğun, Gündüz Civəzadə, İlham İsmayılov, Səlahəddin Civəzadə küçələrində 2500 metr səki yan daşları düzülmüş, yaşıllıq zolaqlarına torpaq qatı verilmişdir.
Vüqar Bayramov küçəsi və Heydər Əliyev prospektində 1200 kv.metr səki bərpa edilmişdir. Hazırda Heydər Əliyev prospektində yeni səki daşları düzülür, yaşıllıq zolağı salınır.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir









Vüqar Bayramov və Rövşən Mustafayev küçələrində hasarlara vurulmuş aqlay tavalar bərpa edilmişdir. Səlahəddin Civəzadə küçəsində səkilərə asfalt örtük salınmış, yeni tikilən xəstəxana binası ilə üzbəüz hasarda aqlay işləri aparılır.
Şəhər mərkəzində yerləşən Heydər Bulağının ərazisində təmir işləri aparılmışdır.
Goran tərəfdən şəhərə giriş hissədə İrəvanlı kəndi ərazisində 1600 kv.metr hasar təmir edilmiş, rənglənmişdir. Şəhərin mənzərələrini əks etdirən fotolar yeniləri ilə əvəz edilmişdir. Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında fontanlar təmir olunmuşdur.
Rövşən Mustafayev və Cəfər Cabbarlı küçələrində 3200 kv.metr hasarda təmir işləri aparılmış, yöndəmsiz darvazalar rənglənmişdir. Hazırda C.Cabbarlı küçəsində hasara dekorativ daşlarla üzlük vurulur.
Küçələrdə 1000 ədəd yeni dekorativ ağac və gül kolları əkilmişdir. Şəhərin Mirqalib Nağıyev, Məmməd Məhərrəmov, Cəfər Cabbarlı, Nizami, Nəriman Nərimanov küçələrinə asfalt beton örtük salınmışdır. Gəncə tərəfdən şəhərə giriş lövhəsinin yeri dəyişdirilmiş, ətrafında abadlıq işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilimizin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, son illərdə 24 məktəb, 3 əlavə tədris korpusu tikilmiş, 11 məktəb əsaslı təmir edilmişdir.
Xoylu kənd tam orta məktəbin əlavə korpusu əsaslı təmir edilmiş, Səfikürd və Balakürd kəndlərində mini stadionlar quraşdırılmışdır. Qaradağlı kənd tam orta məktəbin qazanxanası təbii qaza qoşulmuş, istilik sistemi istismara verilmişdir.
Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Kələk kəndində yeni bina tikilərək 35 yerlik Körpələr evi-uşaq bağçası açılmışdır. Düzqışlaq və Sarov kənd Körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır.
Rayonun iqtisadiyyatının əsasını aqrar bölmə təşkil edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən son illər gəlirli sahələrdən olan pambıq, barama, tütün və çuğundur istehsalına diqqət, bu sahələrin inkişafı üçün yaradılan şərait Goranboy rayonunda da öz müsbət nəticələrini vermişdir. Dövlət dəstəyindən ruhlanan fermerlər və digər torpaq mülkiyyətçilərinin torpağa bağlılığının günü-gündən artdığını hiss edirik.
Ötən il taxılçılıq sahəsində də müəyyən uğurlar əldə edilib. 19 min 739 hektar sahədən orta məhsuldarlıq 29,5 sentner olmaqla 58 min 325 ton taxıl istehsal edilmişdir.
5 min hektarda pambıq əkilmiş, 9 min 136 tondan artıq məhsul toplanaraq qəbul məntəqələrinə təhvil verilmişdir. Nəticədə mövsümi işlərə 2157 nəfər cəlb olunmuş və onlar ailə büdcələrinə əlavə gəlir gətirmişlər.
Kənd təsərrüfatının gəlirli sahələrindən biri olan baramaçılığın inkişafına dövlət dəstəyi kümçülərdə marağı xeyli artırmışdır. Məhz bunun nəticəsidir ki, rayonda barama istehsalı 2,17 tondan 9,8 tona yüksəlmiş, kümçülər 100 min manata yaxın gəlir əldə etmişdir. Cari ildə isə barama istehsalı 18 tona çatdırılacaqdır.
10 min ton şəkər çuğunduru yığılmışdır. 8 hektar sahədə tütün əkilmiş, 13,9 ton quru tütün təhvil verilmişdir.
Rayonda meyvəçiliyin də potensialı böyükdür. Hər il 20 min tonadək məhsul istehsal edilir.
Rayonun bir sıra yaşayış məntəqələrində tərəvəzçilik artıq ixtisaslaşmış sahə kimi xarakterizə olunur. Xüsusilə daha çox gəlir gətirən xiyar və pomidor məhsullarının yetişdirilməsinə maraq çoxalmışdır. Bu məqsədlə artıq rayonda sahəsi 59 min 260 kv.metr olan 17 istilikxana fəaliyyət göstərir. Bu il qeyri-hökumət təşkilatnın maliyyə dəstəyi ilə Kələk kəndində hər birinin sahəsi 100 kv.metr olan 15 ədəd istilikxana quraşdırılıb istifadəyə verilmişdir. Hazırda isə Qızılhacılı qəsəbəsində 5 hektar sahədə, Səmədabad kəndində 1,5 hektar sahədə istilikxana tikintisi başa çatmaq üzrədir.

Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir









Rayonun suvarma suyuna olan tələbatının ödənilməsi üçün ciddi işlər görülür. Bu il Şəmkir maşın kanalının Nadirkənd kəndinədək 7 km-lik hissəsi istifadəyə veriləcəkdir ki, bu da suvarılan əkin sahələrini daha da genişləndirəcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən il 16 yaşayış məntəqəsində 19 ədəd subartezian quyusu qazılmışdır. Bu da suvarma suyuna olan tələbatının ödənilməsinə xeyli təkan verəcəkdir. Bu il isə 18 subartezian quyusu qazılacaqdır.
Möhtərəm Prezidentimizin tapşırığı ilə respublikada elektrik təsərrüfatı yenidən qurulur. Əhali bunu yüksək qiymətləndirir. Çünki elektrik təsərrüfatının yenidən qurulması davamlı və etibarlı enerji ilə təminat deməkdir. Artıq rayonda da 22 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenidən qurulmuş,ümumilikdə 550 km-dən çox SİB kabel xətləri çəkilmiş, 136 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılmışdır. Bu işlərin digər yaşayış məntəqələrində də icra olunması nəzərdə tutulmuşdur.
Yaşayış məntəqələrinin qazlaşması işi davam etdirilir. Ötən il Yəhərçi Qazaxlar, Goranlı və Həmənli kəndlərinə təbii qaz verilmişdir. Hazırda rayon üzrə qazlaşma 95 faiz təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 24 fevral 2017-ci il tarixli və 17 mart 2017-ci il tarixli sərəncamlarına əsasən Veyisli və Abbasqulular kəndlərinə, habelə Veyisli kəndi yaxınlığındakı məcburi köçkün şəhərciyinə Murov-Goranboy su kəmərindən içməli su xətti çəkilmişdir. Veyisli kəndində küçələrdə 5, Abbasqulular kəndində 8 bulaq quraşdırılmışdır. Məcburi köçkün şəhərciyində 600 evə fərdi qaydada içməli su verilmiş, şəhərciyə bitişik ərazidə məskunlaşmış məcburi köçkünlər üçün isə 7 bulaq quraşdırılmışdır.
Rayonda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edir.


Goranboy rayonununda tikinti, quruculuq və abadlıq, habelə kənd təsərrüfatı işləri davam edirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər