Aydəmir Manafov haqqında ŞOK şikayət

 Aydəmir Manafov haqqında ŞOK şikayət












Quba rayonda bəzi məmurların fəaliyyəti bir sıra məsələlərdə əhalinin ciddi narazılığına səbəb olur. Bu məmurlardan biri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aydəmir Manafovdur. Adıçəkilən şəxsi əslində Quba əhalisi çox yaxşı tanıyır. Uzun müddət Qubadakı Yol İstismar İdarəsinə rəhbərlik etmiş Aydəmir Manafovun birdən-birə rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə gətirilməsi çoxlarının təəccübünə səbəb olub. Belə ki, uzun müddət rayonun yol infrastrukturuna rəhbərlik etmiş Aydəmir Manafovun rayon yollarında heç bir işlər görmədiyindən, əksinə dövlət büdcəsindən yolların təmir tikintisinə ayrılmış vəsaitləri mənimsəyərək özü üçün geniş biznes şəbəkəsi yaradan belə bir şəxsin daha da məsul vəzifəyə gətirilməsinin səbəbini axtaranlar da çoxdu. Bilməyənlərə məlumat vermək istərdik ki, Aydəmir Manafov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova deyil, sabiq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin, hazırda isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova daha çox yaxınlığı ilə tanınan bir şəxsdir. Həttə deyilənlərə görə Cavid Qurbanovun rəhbərliyi altında çalışarkən Aydəmir Manafova müdirinə hər ay bir “səbətdə quba alması” da göndərərmiş. Bəs Aydəmir Manafov Quba Yollarının təmir tikintisi üçün nələr edib?

Rayonun 7 yaşayış məntəqəsini birləşdirən və 23 km uzunluğunda olan Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi üçün Prezidentin ehtiyyat fondundan ayrılmış 5 milyon manat vəsaitin görəsən nə qədəri təyinatı üzrə xərclənib? Həmin yolun çəkilişi üçün sonradan ayrılmış 5,3 milyon manat bəs görəsən hara xərclənib? Rayonun 12 yaşayış məntəqəsini birləşdirən və 31 km uzunluğunda olan Rustov-Xanagah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar yollarının uzun zamanlar bərbad vəziyyətdə olduğunu Aydəmir Manafov görmürdümü? Təbii ki, görürdü. Prezidentin ehtiyyat fondundan bu yolların da təmir-tikintisinə milyonlarla vəsait ayrılmışdı. Amma başı ayrı işlərə qarışdığından sözügedən yolların tikinti işlərinə indi başlanılmış, müəyyən məsafədə torpaq və asfaltlaşma işləri görülmüşdür.aktualinfo.org

Bütün bu sadaladıqlarımız Aydəmir Manafovun barəsində söylənilərin bir hissəsidir. Quba Yol İstismar İdarəsinə rəhbərliyi dövründə yolların təmirinə ayrılmış vəsaitləri mənimsəmək yolu ilə rayonda hektarlarla alma, gilas bağlarına sahib olub ki, mövsümdə ancaq Rusiya bazarlarlarına çıxarmaqla deyilənlərə görə Aydəmir Manafov böyük kapital sahibinə çevrilib. Onun Quba Rayon İcra Hakimiyyətinə gəldıyi yol isə Quba Yol İstismar İdarəsinin müdirliyindən keçib. Axı İcra başçısı Ziyəddin Əliyev də uzun müddət yol istismar sahələrində çalışıb. İndi görəsən işgüzarlığı və səmimiyyəti ilə artıq rayonda hörmət qazanmış Ziyəddin Əliyevlə korrupsioner Aydəmir Manafovun işbirliyi nə vaxta qədər davam edəcək?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər