“Eurovision 2019”-da Azərbaycanı təmsil edəcək finalçının adı bəlli olub

“Eurovision 2019”-da Azərbaycanı təmsil edəcək finalçının adı bəlli olub














“Eurovision 2019”da Azərbaycanı Çingiz təmsil edəcək

Axşam.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifəsi “Infe Azerbaijan” məlumat verib.

Bildirilir ki, ölkəmizi bu il İsraildə müğənni Çingiz Mustafayev təmsil edəcək.

Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

“Eurovision-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzulamağa cürət et”) olacaq.

Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay “Toy” (“Oyuncaq”) mahnısı ilə ötən il keçirilən mahnı müsabiqəsinin qalibi olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər