Anar Əzizov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Anar Əzizov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!















Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Anar Əzizov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizovdur.

Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Anar Əzizov bu işin müqəddəsliyini qoruyub saxlayır. Anar Əzizov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Anar Əzizovdan danışdılar yaxşı ki, Anar Əzizov Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub… Anar Əzizov öz isguzarlığı ilə tanınır və seçilir….

Oğuz tibb müəssisələri təxminən 40.5 min rayon əhalisinə səhiyyə xidməti göstərir. Rayon tibb müəssisələrində 74-həkim, 256 -orta tibb işçisi və 230 -a yaxın sair işçilər fəaliyyət göstərirlər. 01 yanvar 2010-cu ildən etibarən rayon səhiyyəsində aparılan struktur dəyişikliklərindən sonra rayon üzrə stasionar çarpayıların sayı 106 çarpayı təşkil etmişdir. Bunlardan 91-i şəhər, 15-i isə Xaşmaz kənd sahə xəstəxanasının payına düşür. Bundan əlavə kəndlərdə 8 kənd həkim məntəqəsi, 19 tibb məntəqəsi fəaliyyət göstərir.

Son illər ərzində Rayon səhiyyəsinin müasirləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, Oğuz MRX –sı yeni , müasir təlabata cavab verən xəstəxana binası ilə təmin olunmuş, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə xəstəxana müasir tibbi aparatlarla və tibbi avadanlıqlarla təhciz edilmişdir. Bunlardan:
“ Medison-8000” markalı USM aparatı - 1ədəd
“Chirana” markalı narkoz aparatı - 3 ədəd
“Chirana” markalı süni tənəffüs aparati - 1 ədəd
Yaponya istehsalı olan filüoqrafiya aparatı - 1 ədəd
Koreya istehsalı olan rentgen aparatı - 1 ədəd
“Smart” markalı EKQ aparatı - 2 ədəd
“Trismed”markalı EKQ aparatı - 1 ədəd
Koreya istehsalı olan yenidoğulmuş üçün küves - 3 ədəd
BM-5 markalı xəstə müşahidəsi üçün monitor - 10 ədəd
Dozatorlar - 10 ədəd
“Sonason” markalı EXO.KQ aparatı - 1 ədəd
“Dental” markalı stomatoloji aparat - 1ədəd və
Təcili və təxirəsalınmaz yardım şöbəsi üçün -1 ədəd “Mersedes” markalı ambulansı misal göstərmək olar.

Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Anar Əzizov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Anar Əzizov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Anar Əzizov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Anar Əzizovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Anar Əzizov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Anar Əzizov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər