İranda hərbi hissəyə hücum: Ölən və yaralılar var

İranda hərbi hissəyə hücum: Ölən və yaralılar var















İranın cənub-şərqində terror aktı törədilib. Bu haqda İranın Mehr agentliyi məlumat yayıb.
Terrorçuların hədəfi İranın İnqilab Keşikçiləri Korpusunun(İKK) Nikşəhr şəhərində yerləşən hərbi hissəsi olub. Hücum şəxsi heyət səhər ibadətində olan zamanı həyata keçirilib.

Nikşəhr şəhər prokuroru Möhsen Gülməhəmmədinin “Young Journalists Club News” agentliyinə verdiyi məlumata əsasən, hücum nəticəsində bir İKK əsgəri həlak olub, beş nəfər yaralanıb. Yaralılardan ikisinin ağır vəziyyətdə xəstəxanaya təxliyə edildiyi bildirilir.

Hücuma görə “Ceyş-ul Ədl” terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

İnqilab Keşikçiləri Korpusu rəsmi bəyanatla Bəsic bazasına edilən hücumu və ölən və yaralı sayını təsdiqləyib. Qeyd edək ki, baza Sistan-Bəlucistan ostanının mərkəzi şəhəri Zahedandan 493 km şərqdə yerləşir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər