Qərar 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minir
Rusiya prezidenti Vladinir Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair göstəriş verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“1 yanvar 2016-cı il tarixindən etibarən Türkiyə ilə vizasız gediş-gəliş barədə sazişin fəaliyyətinin dayandırılsın”, - məlumatda bildirilir.
Qərar Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsi olan, həmçinin həqiqi xidməti və xüsusi pasportlara malik səfirlik və konsulluq işçiləri və onların ailə üzvlərinə şamil edilməyib.