Bazarlarda yeni soyğunçuluq növü

Bazarlarda yeni soyğunçuluq növü
















Pul xırdalamaq üçün yaxınlaşırlar və əlində olan bütün pulları alıb qaçırlar

Bakuxeber.info-nun Milli.Az-a istinadən verdiyi xəbərə görə, artıq bu barədə polisə bir neçə şikayət daxil olub.

Bunlardan biri də Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən bazarda baş verib.

Ağdaş rayon sakini, 1953-cü il təvəllüdlü Rafiq Rəfiyev bildirib ki, naməlum bir şəxs ona yaxınlaşaraq 20 manatı xırdalamasını istəyib. O, həmin pulu xırdalamaq üçün cibindəki pulları çıxarıb. Bu zaman naməlum şəxs onun əlində olan 130 manatı dartıb alaraq qaçmaq istəyib. R.Rəfiyev isə cəld tərpənərək pullarını əlində bərk sıxıb, lakin bu da onun pulunu qorumayıb. Belə ki, 130 manat pul ortadan tam bölünüb. Cəhdinin boşa çıxdığını görən həmin şəxs ortadan cırılan pulları onun sifətinə tullayaraq qaçıb gedib.

Faktla bağlı araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər