Prezidentin islahat mesajları: 2019 hansı nazirlər üçün son ola bilər?

Prezidentin islahat mesajları: 2019 hansı nazirlər üçün son ola bilər?













Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin son iclası olduqca mühüm mesajlarla yadda qaldı

Dövlət başçısı idarəetmədə strukturun köhnəldiyini açıqladı.

Bu, çox ciddi ismarış idi. Hətta 2019-cu ildə ciddi struktur və kadr islahatlarının həyata keçiriləcəyinə eyham kimi qiymətləndirilə bilər. Belə gözlənilir ki, İ.Əliyev bu il də bir neçə naziri vəzifəsindən azad edəcək.

Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq.

Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın”.

Prezidentin vergi-gömrük sistemində özbaşınalıqlara son qoyulduğunu söyləməsi onu göstərir ki, digər sahələrdəki nöqsanlar da aradan qaldırılacaq.

Xüsusən də vətəndaşların tez-tez şikayət elədiyi səhiyyə sistemində, o cümlədən reyestr, əmlak komitəsi sahələrində dəyişikliklər qaçılmazdır.

Belə məlumatlar dolaşır ki, 2019-cu ildə tələbə qəbulu üzrə məsul məmurlar, habelə iqtisadiyyat naziri vəzifələrini itirə bilər. Maliyyə nazirinin də işdən çıxarılması istisna deyil.

Prezident İlham Əliyevin struktur islahatı ilə bağlı çıxışında yer alan istiqamətlər, mövcud vəziyyətin ətraflı şərh olunması və çıxış yollarının göstərilməsi sübuta yetirir ki, hökumətin bu islahatları həyata keçirməsi üçün iradəsi və konkret mexanizmləri var.

Bu gün dövlət idarəçilik sistemində bir çox istiqamətlər elektronlaşdırılıb, təmas minimuma endirilib. Vaxtilə 5 və daha çox insanın həyata keçiridiyi işi bu gün 1 nəfər və daha keyfiyyətli şəkildə icra edir.

Həmçinin dövlət başçısının da qeyd etdiyi kimi, hazırda bir-birinə alternativ olan qurumlar var. Eyni sektorun ayrı-ayrı istiqamətləri üzrə fəaliyyət göstərsələr də nəticə etibarilə tamın bir hissəsi kimi, əksər hallarda isə ayrı-ayrı nazirlik və komitələrin tərkibində fəaliyyət göstərirlər.

Bu halda onların fəaliyyətinin əlaqələndirilməsi prosesi ayrı-ayrı nazirlik və komitələrin fəaliyyətinin əlaqələndirilməsi müstəvisində həll olunur.

Bu isə vaxt və maliyyə itkisi deməkdir. Onlar bir qurumda birləşsələr, fəaliyyətlərini koordinasiya etməyə ehtiyac qalmayacaq, çünki bir yerdə və daha çevik fəaliyyət göstərəcəklər.

Odur ki, sərvət toplamış, oliqarxlaşmış məmurların “yarpaq tökümü” prosesi bu il də sürətlə davam edəcək. Gənc kadrların irəli çəkilməsi, hökumətin cavanlaşdırılması siyasəti yüksək səviyyədə həyata keçirilir.

Əslində, referendum ərəfəsində yazırdıq ki, prezident qoca məmurlarla işləmək istəmir. Onlar islahatları tormozlayırlar. İddialar var ki, idman, mədəniyyət sahələrinə cavabdeh nazirlər, səfərbərlik xidmətində rüşvətxorluq yaratmış məmur işini itirə bilər.

Aparılan isalahatlar dövlət qulluğunda çalışan şəxslərin əmək haqlarının - qanuni gəlirlərinin artmasına da yol açacaq. Bu, eyni zamanda korrupsiyaya qarşı mübarizənin effektivliyini də artıracaq.

Doğrudur, dövlət qulluqçusunun gəlirlərinin arzuedilən səviyyədə olmaması korrupsiyaya, yaxud hər hansı digər cinayət əməlinə haqq qazandırmır. Amma bu amil də korrupsiyaya yol açan səbəblərdən biri hesab oluna bilər.

Son dövrlərdə ayrı-ayrı icra və digər orqanlardan korrupsiyaya görə yüzlərlə şəxsin vəzifəsindən azad edilməsi, onların bir hissəsinin məsuliyyətə cəlb olunması da belə düşünməyə əsas verir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər